SON DƏQİQƏ:

Daqdelen: "Almaniya Rusiya ilə müharibəyə hazırlaşır"

  17080   |  
Şriftin ölçüsü  

Almaniya Bundestaqının "Solçular" fraksiyasının deputatı Sevim Daqdelen "nd.DerTaq" qızetində yazdığı məqalədə bəyan edib ki, rəsmi Berlin müdafiə xərclərini artırmaqla Rusiya ilə müharibəyə hazırlaşır.

"NATO-nun silahlanma siyasəti, Rusiyaya qarşı hazırlığı və Almaniyanın 80 il əvvəl SSRİ-yə hücumununun ildönümü - medalın iki üzü olduğunun göstəricisidir"- deyə deputat yazır.

Daqdelen qeyd edir ki, Almaniya və Rusiya arasında münasibətlər gərginliyə doğru irəliləməkdədir və demək olar ki, hər gün Moskvaya qarşı yeni sanksiyaların tədbiq olunması tələbləri irəli sürülür. Xanım deputatın sözlərinə görə, bununla yanaşı Almaniya hökuməti diplomatiya siyasəti aparmaq əvəzinə, silahlanmaya üstünlük verir və "açıq - aydın Rusiyaya qarşı müharibə kursu götürür".

Daha əvvəl "Solçular" fraksiyasının lideri Ditmar Bartş RİA Novostiyə müsahibəsində bəyan etmişdir ki, bu çirkin münasibət nə Berlinə, nə də Moskvaya xeyir gətirmir və bunu İkinci dünya müharibəsini başlaqla "Amaniyanın böyük günahı" ilə əlaqələndirmək düz deyil.

Sevim Daqdelen əvvəllərdə Rusiya ilə dostluq və barışıq müqavilə bağlanmasına səsləyirdi. "Biz həm Almaniyaya, həm də Rusiyaya utanc verən bu ildönümünündən istifadə edərək, Fransa ilə olduğu kimi Rusiya ilə də barışıq elan etməli və dostluq münasibətləri yaratmaq üçün müqavilə şərtlərini hazırlamaq barədə düşünməliyik"- deyə deputat bildirib.

"Hazırda, münasibətlərin bu qarışıq vaxtında, mütamadi dialoqlar vasitəsi ilə bir -birimizi günahlandırmaq əvəzinə, açıq birləşdirici söhbətlər aparmalıyıq. Biz münasibətlərin daha da pisləşməsinə imkan verməməliyik" -deyə sonda Daqdelen yazır.

Ötən həftə Almaniya kansleri Angela Merkeldə Rusiya ilə dialoqun vacibliyindən danışıb. Kansler iki ölkə arasında tarixi iqtisadi əlaqələrin olduğunu qeyd edib. O, hazlrda NATO -nun Çinin siyasi və iqtisadi təhdidi və Rusiyanın " qismən aqresivliyi ilə" üzləşdiyini bəyan edib.

Rusiya Prezidenti Vladimir Putin isə bununla bağlı dəfələrlə Rusiyanın heç bir dövlətə qarşı hücuma hazırlaşmadığını bəyan edib.

 

Rüstəm Hacıyev

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK