adalet.az header logo
  • Bakı 12°C
22 Iyun 2021 18:03
20120
ANALİZ
A- A+

Toylara nəzarət qaydaları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) toylara icazə verilməsi ilə əlaqədar nəzərdə tutulan qaydalara aydınlıq gətirib.

DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, toyların keçirilməsi ilə bağlı müəyyən normalar nəzərdə tutulub:

“Toy, nişan, ad günü məclisləri və bütün bu kateqoriyadan olan mərasimlərin keçirilməsi üçün məhdudiyyət normaları var. 50 nəfərə qədər olan tədbirlərdə maskalardan istifadə edilməsi mütləqdir. Ziyafət iştirakçıları yalnız qida qəbul edərkən maskasız ola bilər. Həmin tədbirlərdə vətəndaşdan COVID-19 pasportu tələb olunmur”.

 

Digər Xəbərlər