adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Iyun 2021 14:00
33406
DÜNYA
A- A+

Lavrov: "Rusiya və Belarusa qarşı hibrit müharibə aparırlar"

Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya və Belarusa qarşı təyziqlər edirlər, hibrit müharibə aparırlar.

 "Biz çətin şəraitdə münasibətlər yaratmaq məcburiyyətindəyik. Bizə qarşı birtərəfli, qeyri-liqitim  xarici təzyiqlər edirlər"- deyə Lavrov belaruslu həmkərı ilə keçirilən mətbuat konfransında bildirib.
 

"Biz öz üzərimizdə hibrit müharibə metotlarından istifadə müşahidə edirik. Birtərəfli sanksiyalardan tutmuş, çirkli informasiya kompaniyalarına qədər təyziqlərlə üzləşməkdəyik. Bütün bunlar baş verir və mən digər faktlar barədə danışmaq istəmirəm, bu faktlar hamıya məlumdur"- deyə xarici işlər naziri əlavə edib.

 Lavrov belə açıq aqresiya qarşısında Belaruslu həmkarı ilə dövlət suverenliklərinin  və milli təhlükəsizliklərinin qorunması üçün birgə hərəkət etmək barədə qərarlı olduqlarını bildirib.

Rüstəm Hacıyev