SON DƏQİQƏ:

Aqiyə Naxçıvanlı: “Azərbaycan-Türkiyə birliyi yeni zəfərlər vəd edir”

  20972   |  
Şriftin ölçüsü  

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki geniş və əhatəli çıxışı ikitərəfli əməkdaşlıq, regionun inkişafı və ümumilikdə dünyaya verilən mesajlarla diqqəti cəkdi. Tarixi çıxışda cənab Ərdoğan əldə edilmiş qələbənin qiymətini, bundan sonrakı proseslərlə bağlı fikirlərini parlamentarilərlə bölüşdü”. Bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti əsas diqqəti Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə yönəltməklə bütün dünyaya mesaj verdi: “Qardaş ölkə rəhbəri Azərbaycan dövləti və cənab Prezident İlham Əliyevlə birlikdə bu regiona yeni əməkdaşlıq mühitinin gətirilməsindən bəhs etdi. Azərbaycan-Türkiyə münasibətlərinin bütün regiona yeni nəfəs gətirəcəyini bildirən Ərdoğan bu konteksdə uduzan

tərəfin olmayacağını açıq bəyan etdi. Qeyd etdi ki, yeni əməkdaşlıq mühitindən bütün tərəflər qazanacaq. Burada sözsüz ki, Ermənistanın da mövcud durumdan çıxmaq imkanı yarana bilər. Nəticə etibarı ilə bundan bütün dünya da qazanclı çıxmaq şansı əldə edəcək. Cənab Ərdoğan altıtərəfli əməkdaşlıq platformasının yaradılması ilə bağlı Prezident İlham Əliyevlə birlikdə çox ciddi təşəbbüslərlə çıxış etdiyini də parlamentarilərin diqqətinə çatdırdı. Bildirildi ki, Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın iştirakı formatında mühüm platforma formalaşacaq.

Qafqazın qanayan yarasının sağaldığını bildirən Türkiyə Respublikasının Prezidenti dünyaya bəyan etdi ki, Türkiyə daim Azərbaycanın yanındadır və bundan sonra da yanında olacaq. Eyni zamanda region üçün yeni imkanların yarandığını bildirən Ərdoğan Azərbaycanın bu məsələdə aparıcı qüvvə olduğuna diqqət çəkdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə birliyi dünyaya sülh, əmin-amanlıq gətirir və bundan sonra da gətirməkdə davam edəcək”.

 

Millət vəkili onu da bildirib ki, Türkiyə Prezidenti çıxışında erməni vandallarının törətdiyi cinayətə xüsusi diqqət yetirdi: Tarixə ekskursiya edən cənab Ərdoğan Azərbaycanın və Türkiyənin həssas məsələlərdə hər zaman birgə addımladığını qeyd etdi. O, Nuru Paşanın Bakının işğaldan azad etməsi ilə yanaşı o zaman Türkiyə dövlətçiliyinə təhdidlərin olduğu bir zamanda Azərbaycanın mərd oğullarının Türkiyə tərəfindən cəbhəyə yollandığını və qəhrəmancasına şəhid olduğunu dilə gətirdi. Eyni zamanda cənab Ərdoğan iki ölkə arasında dərin bağların olduğunu və bu bağların, əməkdaşlığın daha da inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, Türkiyə daim Azərbaycanın yanında olub və bundan sonra da dəstəyini ifadə edəcək. Cənab Ərdoğan qeyd etdi ki, mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın. Qarabağ coğrafi baxımdan dünyanın ən gözəl bölgələrindən biri olmaqla yanaşı, mədəniyyət baxımından da ən zəngin yerlərindən biri idi. İnşallah, yenə elə olacaq. Türkiyə olaraq, İnşallah, bu prosesdə də qardaş Azərbaycanın yanında yer almaqda davam edəcək. Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunan ərazilərimiz qısa zamanda cənnətə çevriləcək”.

 

A.Naxçıvanlı onu da vurğulayıb ki, Şuşa Bəyannaməsi, işğaldan azad olunan ərazilərdə görüləcək işlər, Zəngəzur dəhlizinin açılması məsələsi barəsində Ərdoğanın söylədiyi fikirlər Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafından xəbər verir: “Parlamentin bütün deputatları Rəcəb Tayib Ərdoğanın çıxışını canlı izləyərək, onun fikirlərini dinləyərək ən xoş hissləri yaşadılar. Cənab Ərdoğan Şuşanın mədəniyyət paytaxtı elan edilməsi, orada təşkil olunan Xarı Bülbül Musiqi Festivalı, Vaqif Poeziya Günləri ilə bağlı o qədər əhatəli danışdı ki, və sonra Şuşanı gələn il bütün türk dünyasının mədəniyyət paytaxtı görmək istəyində olduğunu bildirməsi qürurverici hadisədir”.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK