Bakıda keçirilən beynəlxalq konfrans və Qarabağ səfəri barədə - Videoçarxlar
7–10 oktyabr tarixlərində Bakı Dialoqu çərçivəsində keçirilmiş, itkin düşmüş şəxslər məsələsinə həsr olunmuş IV Beynəlxalq Konfrans Azərbaycan və dünya mediasında geniş işıqlandırılıb.
Adalet.az xəbər verir ki, konfrans beynəlxalq dialoqun və əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi, effektiv mexanizmlərin və həll yollarının inkişaf etdirilməsi baxımından mühüm platforma olub.
Konfrans çərçivəsində xarici iştirakçılar və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün Qarabağa xüsusi tanışlıq səfəri təşkil edilib. Səfər iştirakçılara itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, onların axtarışı, insan qalıqlarının aşkar edilməsi və ekshumasiyası istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərlə bilavasitə tanış olmaq imkanı yaradıb.
Səfər proqramı çərçivəsində iştirakçılar Xocalıda yerləşən muzeyi, Qarabağın tarixi və mədəniyyət abidələrini, görməli yerlərini ziyarət edib, bölgənin zəngin tarixi-mədəni irsi, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.
Konfransın Bakı şəhərində keçirilmiş plenar iclasını, panel sessiyalarını və xüsusi tədbirini (side event) və Qarabağa təşkil edilmiş tanışlıq səfərinin əsas məqamlarını əks etdirən videoçarxlar təqdim olunub.
Digər Xəbərlər
28 Noyabr 2026 17:51
Şad xəbər: Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək
28 Noyabr 2026 13:02
Əhməd Vəliyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
28 Noyabr 2026 12:25
Azərbaycanlılara şad xəbər: Şengen vizası asanlaşır
28 Noyabr 2026 12:14
“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı
28 Noyabr 2026 09:43
“Prezidentin kitab çapına verdiyi dəstək oxucu ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi...”
27 Noyabr 2026 19:18
Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub - FOTOLAR
27 Noyabr 2026 17:17
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib - FOTO
27 Noyabr 2026 16:51


Bakı -°C

