adalet.az header logo
  • Bakı -°C
29 Noyabr 2026 09:25
45
DÜNYA
A- A+

İran Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus kəşfiyyat PUA-sını vurub

İran Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus daha bir kəşfiyyat xarakterli pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

Adalet.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

İran hərbçilərinin iddiasına görə, ABŞ PUA-sı Fars körfəzi üzərində uçuş həyata keçirərkən aşkar edilib. Hörmüz boğazına yaxınlaşdığı zaman isə hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.