Biri deyir ki, yağış yağsın...
Deyirlər ki, yağış nur, ruzi rəmzidir. Yəni o, təbiətə , yaşıllıqlara, bütün əkin- biçinə bir həyat verir. İlboyu yağış normadan az yağanda bir çox məhsullar bol olmur, əksinə qıtlıq yaranır.
Bunu kim bilməsə də, əkin- biçin işləri ilə məşğul olanlar, eləcə də bostan - tərəvəz məhsulları becərən adamlar daha yaxşı bilir. Ən çox yağışlar da yaz və payız aylarında yağır. Normal yağış bayaq dediyim kimi, təbiətə can verir.
Amma bir də görürsən ki, kimsə, yüz hektar sahədə ot biçir, yaxudda da məhsul yığımı vaxtıdır intensiv yağan yağışlar imkan vermir ki, sahədə biçilmiş otu hər hansı insan yığıb aparsın. Və belə olanda ot həftələrlə sahədə qalır,çürüyür , axırda da, keyfiyyətin itirir!Eyni zamanda belə yağışlar meyvə bağlarında məhsul yığılarkən o fermerlər üçün problem yaradır.
Dəməyə sahələrinə sahələrinə yağış yağmayanda taxıl sahələri yaxşı inkişaf eləmir, zəmi quruyur, məhsuldarlıq çox aşağı olur, heç belə olanda kəndli qoyduğu maya dəyərin çıxara bilmir. Ona görə də belə insanlar həmişə Allah dua edir ki, yağış yağsın və bol məhsul olsun!
Bağdan və bostanlardan məhsul dərən adamlar isə dua edirlər ki, yağış yağmasın , məhsulları zay olmasın! Hər halda, heç kəs Allahın işinə qarışa bilməz. Yağışı yağdıran da Tanrıdı, yağdırmayan da! Elə ruzini verəndə Allahdır!
Emil FAİQOĞLU
Digər Xəbərlər
28 Noyabr 2026 23:37
Bu ərazi də plana düşüb - Sakinlərə kompensasiya veriləcək
28 Noyabr 2026 17:24
Bu gün bazara getdim...
28 Noyabr 2026 13:11
Bazar gününün havası
27 Noyabr 2026 17:47
Qanunsuz balıq ovuna qarşı reyd keçirilib
27 Noyabr 2026 16:38
Cəbrayıla 10 baş ceyran buraxıldı - FOTO
27 Noyabr 2026 15:19
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2026 10:00
Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib
26 Noyabr 2026 11:21


Bakı -°C

