SON DƏQİQƏ:

Meyxanaçı  Aygünlə duet oxudu, virusa yoluxdu, xəstəxanaya yatırıldı: Moskvadan yeni xəbər...

  35503   |  
Şriftin ölçüsü  

Bildiyiniz kimi, xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu Moskvada keçirilən məclislərdən birində eyni səhnəni bölüşüblər və illər sonra yenidən bir araya gəliblər. Bir zamanların məşhur duet ortağı olan ikili, "Sevirəm" adlı hitlərini ifa ediblər.


Onların məclisdən lentə alınan görüntüləri sosial şəbəkələrdə yayıldı. İfaçıların yenidən bir araya gəlməsi hər kəsin marağına səbəb oldu. 

Adalet.az xəbər verir ki, sevilən meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub. 
 Deməli, meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub.
Belə ki, koronavirus testi nəticəsi pozitiv çıxdığı üçün Namiq Qaraçuxurlunu hava limanından geri qaytarıblar. Hazırda müğənni-meyxanaçı Rusiyada xəstəxanada müalicə alır.
Bu gün aldığımız məlumatlara görə, Namiq Qaraçuxurlunun səhhətində baş verən problemin aradan qalxması üçün peşəkar həkimlər əllərindən gələn köməyi göstərirlər. 

Xatırladaq ki, illər öncə meyxanaçının keçmiş həyat yoldaşı Solmaz Şükürova "Bizi Aygün ayırdı..." - deyə bir açıqlama vermişdi. Qeyd edək ki, 30 avqust 2001-ci ildə rəsmi nikaha girən keçmiş cütlük 2 dekabr 2005-ci ildə boşanıb. Bu evlilikdən onların iki övladı  Ümid  və Ülvi adlı  oğlulları doğulub. Namiq Qaraçuxurlunun rəsmən ikinci evliliyi 2015-ci ildə baş tutub. O şou aləmində Gaga ləqəbiylə tanınan xanımla ailə qurub. Bu xanım bir neçə il öncə tanınmış müğənni Rüfət Axundovun "Qəlb evimdən çıxdı getdi" mahnısında rol alıb. Hazırda cütlüyün Sara adlı bir qız övladı var. 

Nəisə, Allah saxlasın...

 Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK