adalet.az header logo
  • Bakı -°C
16 Oktyabr 2026 00:19
75
SİYASƏT
A- A+

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

15 oktyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti və son dövrlərdə ikitərəfli əlaqələrdə baş verən proseslər müzakirə olunub.

Görüşdə həmçinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin nəticələri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.