SON DƏQİQƏ:

Madər Musayev: “Şuşa Azərbaycanı qəhrəman etdi”

  80947   |  
Şriftin ölçüsü  

Milli Məclisin deputatı Madər Musayev KİV-ə müsahibə verib. O müsahibəsində işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən quruculuq-abadlıq işləri, Azərbaycan-Türkiyə münasibətləri və mənfur düşmənin vandal siyasətindən danışıb.

- Madər müəllim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlir. Səfər barəsində danışan Ərdoğan ailəliklə Şuşaya gedəcəklərini qeyd edib. Bütün bunların fonunda Azərbaycan-Tükiyə münasibətlərini necə dəyərləndirirsiniz?

- Əvvəla onu deyim ki, Türkiyə ən çətin günlərimizdə yanımızda olan, bizə daim dəstək verən ölkədir. Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamı cənab Prezidentin rəhbərliyi altında daha da inkişaf etdirilərək qardaşlığın, dostluğun ən pik nöqtəsinə çatıb. Fikir verin. Dünyada bizi kimi yaxın, bizim kimi biri-birinin yanında olan dövlətlər yoxdur. Türkiyədə Vanda zəlzələ oldu. Azərbaycan heç kimdən bir təklif gözləmədən öz yardım briqadasını ora göndərdi. Eynilə Türkiyə bir hadisə olan kimi birinci gözümüzü açanda Türkiyəni yanımızda görürük. Niyə uzağa gedirik ki, Vətən Müharibəsində Türkiyənin elədiklərini kim unuda bilər? Bizə siyasi, psixoloji, mənəvi və lazımi dəstəyi elə Türkiyə göstərdi. Ərdoğanın Şuşaya səfər etməsi də təsadüfi hadisə deyil. Çünki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarmızla bağlı beynəlxalq tribunalardan çıxış edən Ərdoğan hər zaman bizim mövqeyimizi müdafiə edib. İşğalçıları, onun havadarlarını qınayıb. Öz sərhədlərini erməni dığalarının üzünə bağlamışdı. Biz bunları unuda bilmərik. Cənab Prezident də öz növbəsində bu münasibətlərin inkişafı üçün və daha sıx münasibətlərin formalaşması üçün bütün addımları atır. Özüdə baxın bu addımlar nə Azərbaycan nə də Türkiyə tərəfindən heç bir təmənna umulmadan atılır. Yadınıza gələr beynəlxalq tədbirlərin birində Türkiyə tərəfindən heç kim olmadığını görən erməni dığaları (erməni adını demək istəmir.... Mühasibin istəyi ilə erməni sözünü onlar sözü ilə ifadə edəcəyik.) Türkiyə əleyhinə danışanda Cənab Prezident İlham Əliyev “Türkiyə burada yoxdur mən burdayam” deyib onların hamısının cavabını verdi.

-Artıq işğaldan azad olunan ərazilərimizdə ciddi quruculuq-abadlıq işləri həyata keçirilir. Cənab Prezident KİV-ə verdiyi müsahibələrində işğaldan azad olunan ərazilərimizi cənnətə döndəriləcəyini qeyd edib. Cənnətdə yaşamaqla bağlı planlarınız varmı?

-Bu mənim ən böyük arzumdur ki, gedim orada Kəlbəcəri, Laçını, Şuşanı, Cəbrayılı, Zəngilanı, Ağdamı, Füzulini qarış-qarış gəzim. Şuşada illər əvvəl olmuşam. Oranın təbiəti, oranın coğrafi mövqeyi çox fərqlidir. Şuşa dünyanın cənnət güşəsidir. Bu gözəlliyi ədəbiyyat nümayəndələri vəsf edib ancaq gedib oraları görəndə insanda başqa duyğular oyanır. Qısacası Şuşa dünyanın gözüdür. Mərdlik, qəhrəmanlıq, mədəni qaladır Şuşa.

İndi orada böyük işlər görülür. Quruculuq-abadlıq işləri həyata keçirilir. Özüdə bu işlər elə dəqiqlik və incəliklə həyata keçirilir ki, Şuşa şəhərinin tarixi-mədəni gözəlliyi qorunub saxlanılır. Bu arada mən bir məsələyə toxunmaq istəyirəm. 44 günlük zəfər Müharizəsi zamanı Ali Baş Komandan başda olmaqla Müzəffər Azərbaycan Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi ilə bağlı informasiyaları alanda sevincdən gözlərim dolurdu. Özümə yer tapa bilmirdim. Bu hissləri sözlə ifadə etmək inanın o qədər çətindir ki... Düzdü insan həyatında sevincli anlar olur. Bir işdə uğur qazanırsan sevinirsən, nəaliyyətlərin olur sevinirsən. Ancaq bu sevinc hisslərini mən bu dəqiqə sizə ifadə edə bilmirəm. Yəni sözün əsl mənasında sözlər belə bu hissin qarşısında acizdir. Həyatım boyu pafoslu danışmamışam. Yalan-palan mənlik deyil. Qələbədən sonra hər bir qalib vətəndaş kimi çox qürurluyam. Bu qürurum yerə-göyə sığmır. Mən deyərdim ki, başda cənab Prezident İlham Əliyev olmaqla, Müzəffər Ordumuz və Şuşa şəhəri bizə qəhrəmanlıq hissini yaşatdı. Şuşaya azadlıq, gözəllik yaraşır. Düşmən 30 ilə yaxın müddət ərzində görürsünüz də həmin ərazilərdə hansı oyunlardan çıxıb. Dağıdıb töküblər, daşı-daş üstündə qoymayıblar. Artıq orada yeni dövr başlayır. Qısa zamanda oralar cənnətə çevriləcək. Sualınıza cavab olaraq demək isyətirəm ki, bəli o cənnətdə yaşamaq arzusundayam.

-Madər müəllim Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi qəbul olundu. Bu yöndə nə deyə bilərsiniz?

-Bu qanun layihəsi olduqca vacib sənəddir. Bildiyiniz kimi, Cənab Prezident Şuşanı mədəniyyət paytaxtı elan edib. Bu tarixi qərardır. Bildiyiniz kimi bu yaxınlarda Şuşada uzun aradan sonra Xarıbülbül Beynəlxalq Musiqi Festivalı keçirildi. Cıdır Düzündə muğam sədaları eşidildi. İnanın o dağlar, o dağlar bu sədanın intizarında idi. Hərdən kameralar o qayaları, ekranlaşdıranda qürurlanırdım. Sankı Cıdır Düzü bizim oralara qayıtmağımızdan, Böyük Qayıdışımızdan məmnundur. Bunu gözləyirdi.

-Deyim var ki, qonşunu özün seçmirsən. Təəssüf ki, ermənilər qonşumuzdur və müharibə cəbhədə bitsə də hələ də təxribatlar davam edir...

-Onların başına elə bir dəmir yumruq dəyib ki, uzun müddət özlərinə gələ bilməyəcəklər. Ölüm ayağında olan bütün canlılar çırpınır. Nədənsə tutunmağa çalışırlar. Onlar da elədirlər. Düzdü onlar insan sinifinə aid deyillər Murdarlıqları, səfalət içində yaşamaqları, ziyanverici olmaqlarını hər kəs bilir. Sadəcə adama təsir edən odur ki. hələ də bunların yalanlarına, saxtakarlıqlarına inanan qüvvələr var. O şillə yeyən Fransa Prezidenti də bunlara inananlar arasındadır. Allah da onu cəzalandırır. Bütün dünyaya görk elətdirir ki, baxın bu şillə yeyən prezidentin nüfuzu yoxdur. Minalanmış ərazilərin xəritələrini vermirlər. Üstəlik murdar kimi yeni minalar basdırırlar. Ötən günlərdə də 2 jurnalistimiz olmaqla, bir nəfər icra nümayəndəsi minanın qurbanı oldu. Alllah onlara rəhmət eləsin. Mən inanıram ki, bütün şəhidlərimiz kimi onların qanı yerdə qalmayacaq. Bu murdar qonşularımız içdən özləri-özlərini yeyib dağıdacaqlar. O günə az qalıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK