adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Iyun 2021 11:35
55675
ŞOU-BİZNES
A- A+

Roza Zərgərli paylaşım etdi : Tənqid olunduFOTO    

Cazibədar geyimləri ilə hər zaman diqqət çəkməyi bacaran ifaçı iddialı geyim ilə kamera qarşısına keçməkdən çəkinməyən müğənni Roza Zərgərli sosial media hesabında paylaşım edib. Hətta müğənni geyimlərinin müzakirə olunmasından təngə gəldiyini dəfələrlə vurğulayıb:

“O gün baxıram ki, Facebook-da bir səhifə şəklimi paylaşıb və yüzlərlə insan geyimimi açıq-saçıq adlandırıb, məni tənqid edir. Məndən açıq paltar geyinən müğənniyə isə 30 şərh yazılıb və o, o qədər də diqqət çəkməyib. Geyimlərimin müzakirə olunmasından bezmişəm. Mən sənət adamıyam, səhnəyə çıxıram. Açıq geyim də, qapalı da geyinə bilərəm. Gündəlik həyatımda adi insanlar kimi geyinirəm, səhnə isə fərqli geyimlər tələb edir”.

Bütün bunlardan sonra müğənni yenidən kamera qarşısına eyni geyimlərlə çıxmağı dayandırmamış və yenə də söz söhbət, qalmaqal yaratmışdı.

Adalet.az xəbər verir ki, müğənni "İnstagram" hesabında yeni fotosunu paylaşıb. İstirahət edərkən görüntülənən fotoda Rozanın açıq-saçıq geyimi tənqid olunub. Onun bu geyimini izləyicilər birmənalı qarşılamayıblar.

İzləyicilər Roza Zərgərlini tənqid atəşinə tutaraq, geyiminin yaşına uyğun olmadığını yazıblar. Həmin fotonu təqdim edirik:

 

 Əntiqə  Rəşid