adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
08 Iyun 2021 12:50
142721
MÜSAHİBƏ
A- A+

Terapevt Lətifə Mikayılova: “ “Kralın ətirli bitkisi" xalq təbabətini zənginləşdirən bitkidir” – MÜSAHİBƏ

El arasında “ağ reyhan” yaxud da “qara reyhan” kimi tanınan yaşıl və bənövşəyi reyhan bitkisi yaz gələndən payız bitənə qədər xoş ətri və dadı ilə süfrələrimizin bəzəyinə çevrilir. Bu bitkinin Azərbaycan mətbəxində öz yeri var, həm də bir çox dərdin də dərmanıdır. Dünyanın bir çox ölkələrində reyhana "müqəddəs bitki" deyirlər.Tibbi elmi dərgilərdə reyhanın yeyilməkdən başqa daha hansı işlərə yaraya biləcəyini dəfələrlə yazılb, müzakirə olunub.

Bununla bağlı həkim terapevt Lətifə Mikayılova Adalet.az-ın bir neçə sualına çavab verib.

- Həkim, epidemiyaların, şüalanmanın, havadakı zərərli birləşmələrin, düzgün qidalanmamanın, fəsil dəyişikliyinin və digər fəsadların insan immunitetini aşağı saldığını, hətta insanı ölümə məhkum edəcək xəstəliklərə düçar etdiyini hamımız bilirik. Sağlamlığa faydalı təzə və təravətli bitkilər, tərəvəzlər, meyvələr yetişib. Sizcə, hazırda çox tükədilən reyhanın da insan orqanizminə faydası varmı?

 

 

- Ölkəmizdə səhiyyə indiki kimi inkşaf etməmiş dövrlərdə yaşlı insanların geniş yayılmış türkəçarələri vasitəsilə çox xəstələr sağlamlıqlarına qovuşublar. Xalq təbabətini zənginləşdirən reyhan da çox faydalı bitkidir. Məsələn, hind əczaçıları sübut ediblər ki, reyhan xərçəngin əsas yaranma səbəblərindən olan sərbəst radikalları orqanizmdən çıxararaq onu qoruyur. Ümumiyyətlə, Şərqdə bu bitkinin təbabət və mətbəxdə 5 min ildir istifadə olunması Avropalı həkimlərinin diqqətini çəkmiş, son 50 ildə bu bitkini araşdırılmasına qərar verilmişdi. Məlum olmuşdur ki, həm bizim xalq təbabəti, həm Şərq təbabəti reyhanı boş yerə sağlamlığa faydası olduğunu israr etmirmiş.

 

- Avropa həkimləri hansı türkəçarələri təsdiq etdi?

 

- Tibbə dair bütün İzlədiyim materiallar bu bitkidən ilin bütün fəsillərində yeməyin çox xeyirli olduğunu yazır. Xüsusən, qışda və eləcə də yayda orqanizm üçün çox vacib olan ümumi tonusu artırır, həzmi sürətləndirir, qidanın tez həzm olunmasına şərait yaradır. Noxud, mərci, lobya, pomidor, kərəviz və s. ətir, dad vermək və vitaminlərlə zənginləşdirmək üçün reyhandan qatqı kimi istifadə edilir. Reyhan yayda hazırlanan bir çox xörəklərin – şorba, dovğa və s. tamlı və ləzzətli yeyilməsi üçün əlavə qatqı kimi də istifadə olunur. Onun yarpağı kölgəli, daim meh vuran yerdə qurudulur, narın toz halına salınır. Ağzı qapalı xüsusi tünd rəngli şüşə qablara doldurulur. Əsasən qış aylarında göy-göyərti azalan dövrdə xörəklərə əlavə olunur. Faydalarına hətta Qədim Romada inanırmışlar ki, insan reyhan yeyərkən yenidən can qazanır.

-Yalnız yeməkmi?

-Təbii ki, yox! Hindistanda reyhan müqəddəs bitki hesab olunur. Yəni belə bir bitki təkcə yeməkdə istifadə edildiyinə görə seçilməzdi. Türkiyə də çap edilən nüfuzlu tibbi jurnallarda reyhan bitkisinin dəmləməsini öskürək zamanı içmək, eyni zamanda baş ağrısı və sidik yollarının iltihabı zamanı da istifadə etmək tövsiyyə olunur. Bu çay həm də qusmanın və ürəkbulanmanın qarşısını alır. Sinir xəstəlikləri zamanı reyhan çayı yaxşı təsir göstərir. O da qeyd olunur ki, reyhanın efir yağı bakterisid (bakteriya əleyhinə) təsirə malikdir. 

 

 

- Lətifə xanım “reyhanın efir yağı” demişkən, elə bitkilər var ki, reyhandan daha çox mineral və vitaminlərlə zəngindir. Amma onlardan xoşagəlməz qoxu gəlir: soğan, sarımsaq, kələm. Reyhanın isə qoxusu gələndə adamın əhval ruhiyyəsi dəyişir, adama xoş olur...

 

- Bəli, reyhan haqqında oxuduğum məcmuələrdən bilirəm ki, qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu "kralın ətirli bitkisi" hesab edirdilər. Reyhan sözü ərəb mənşəli olub "gözəl qoxu" deməkdir. Bitkinin latınca adı "krallara layiq ətir" mənasını verir. Məsələn, bir neçə quru reyhan budağını paltar şkafına yerləşdirsəniz o zaman pis qoxunun və geyimlərə güvə düşməsinin qarşısını alacaq.

-Maraqlı məlumatlara görə təşəkkür edirik.

 Söhbətləşdi: Əntiqə Rəşid