"Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndiriblər" - Komitə sədri
"İxtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən aparılan qlobal qiymətləndirmələrdə xarici ekspertlər Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, ölkəmizin milli statistika sistemi beynəlxalq standartlara tam uyğundur".
Adalet.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsində Ümumdünya Statistika günü ilə əlaqədar yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistik olimpiadanın qaliblərinin mükafatlandırilması mərasimində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
O, bildirib ki, Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının istehsalı və yayımı sahəsində nüfuzlu beynəlxalq audit təşkilatları tərəfindən ISO 9001:2015 keyfiyyət idarəetmə sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülüb: “Komitə bu sertifikata layiq görülən Azərbaycandakı ilk mərkəzi icra hakimiyyəti orqanı, həmçinin MDB məkanında bu uğura imza atan ilk statistika qurumu olub”.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə Dövlət Nəzarəti İnformasiya Sistemi vasitəsilə aparılan qiymətləndirmələrin nəticələrinə əsasən, Dövlət Statistika Komitəsi son illərdə mərkəzi icra hakimiyyəti orqanları arasında birinci mövqedə qərarlaşıb.
“Son illərdə baş verən qlobal siyasi, sosial və iqtisadi proseslər fonunda çevik qərarların qəbulu və onların icrasının qiymətləndirilməsi üçün etibarlı statistikanın təşkili xüsusi əhəmiyyət kəsb edir. İnformasiya texnologiyalarının sürətli inkişafı və qeyri-ənənəvi məlumat mənbələrinin yaranması statistik proseslərin fasiləsiz modernləşdirilməsini, eləcə də peşəkar kadrların formalaşdırılmasını tələb edir. Bu baxımdan, iqtisadiyyatın sahələri üzrə statistik göstəricilər sisteminin, metodologiyaların hazırlanması və təkmilləşdirilməsi, müşahidələrin aparılması və məlumatların yayımı kimi istiqamətlər rəsmi statistikanın qarşısında duran əsas vəzifələrdəndir”, - deyə DSK sədri vurğulayıb.
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

