“75 faiz xəstəliklər insanlara heyvanlardan keçir” - Ekspert
Xəbər verdiyimiz kimi, sağlamlaşdırma tədbirləri səbəbindən oktyabrın 25-dən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məsələylə bağlı Adalet.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu tədbirlərin vacibliyini vurğuladı:
“AQTA-nin açıqlaması ilə tam şərikəm, bu işlər olmalıdır. Dünən mənə Biləsuvar rayonundan xəbər verildi ki, fərdi təsərrüfatlarda insanlar heyvanları öz bildikləri kimi müalicə edirlər. Heyvanlar arasında dabaq xəstəliyi çox geniş yayılıb, amma çox təəssüf ki, xəstəliyin geniş yayıldığını demirlər. Proflaktikası ilə bağlı da məlumat verilmir. Hələ Sovet vaxtı dabaq xəstəliyinin qarşısını almaq üçün karantin zonaları elan edirdilər və ordan keçən avtomobillərin təkərləri təmizlənirdi, polislər nəzarət edirdi və müəyyən edilmiş zonaya keçmək olmazdı”.
Ekspert bildirib ki, insanlar gördükləri yerdən ət alırlar və istisna olunmur ki, dabaq xəstəliyinə tutulmuş heyvanların əti qarışıq şəkildə restoranlarda və ya başqa yerlərdə işlənə bilər:
“Ona görə də insanlar birinci baxmalıdır ki, əgər ətin üstü suludursa, kiçik damarlar varsa, bu dabaq xəstəliyinin əlamətidir. Bundan başqa ət yaxşı bişirilməlidir, çünki ola bilər ki, dabaq xəstəliyi olan heyvanın əti olsun. Dabaq xəstəliyinə tutulmuş heyvanın ətindən bişirilən kababla insana xəstəlik keçə bilər. Ona görə də bu mövsümdə insanlar yaxşı bişirilmiş ətdən istifadə etməlidirlər”.
E.Hüseynov deyib ki, insanlar təsadüfi yerlərdən alınan süd və qatıq məhsullarından, pendirdən xüsusən ehtiyatlı olsunlar:
“Bu məhsullardan da xəstəlik keçə bilər. Ümumiyyətlə, belə bir məsələ var ki, həkimlər insanları, baytarlar isə bütün bəşəriyyəti müalicə edir. Bu doğrudan da belədir. Tarix boyu insanlara keçən xəstəliklərin 75 faizi heyvanlardan keçir. Ona görə də insanlar bu məsələyə çox ciddi yanaşmalıdırlar. Heyvan bazarlarının bağlanması çox vacib məsələdir. İnsanlarımız isə indiki vaxtda bu məsələlərə ciddi fikir verməlidirlər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

