20 Oktyabr 2025 06:53
82
DÜNYA

Qəzzada atəşkəs pozuldu

The Times of İsrael qəzetinin məlumatına görə, HƏMAS atəşkəs rejimini pozduğuna görə, İsrail  Qəzzanın yaxılığında yerləşən Rəfah şəhərinə aviazərbələr endirib.

 Qəzetin yazdığına görə, İsrail tərəfi aviazərbələrlə bağlı əvvəlcədən ABŞ-dan icazə alıb. 

 İsrailin təhlükəsizlik naziri İtamar Ben-Qvir, bazar günü baş nazir Benyamin Netanyahudan, Qəzzada yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlamasını tələb edib.

 HƏMAS atəşkəs rejimini pozmadığını bəyan edib və bildirib ki, İsrail tərəfi "Rəfah" buraxılış məntəqəsini açmamaqla bağlı verdiyi qərarla, barışıq razılaşmasını pozur. 

 Əl-Cəzirə telekanalının məlumatına görə, aviazərbələr zamanı ölənlərin sayı 51-ə çatıb.

 Əslində atəşkəsin pozula biləcəyi ehtimal olunurdu. 

 Rüstəm Hacıyev