adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Iyun 2021 17:56
49650
MƏMLƏKƏT
A- A+

Eminquey Akif: İyrəndirməyin adamı

jurnalistlərin Kəlbəcərdə minaya düşməsi, üstəgəl iki jurnalistin həlak olması faciədir. Əvvəla, ona görə faciədir ki, iki insan həyatı durduq yerə sona çatır. Sonrası isə... erməni əlinin, erməni tələsinin, erməni yarasının bu torpaqlardan təmizlənməsi hələ bundan sonra xeyli zaman tələb edir. Basırdıqları minalar, Xankəndidə bir dünya qurub arsız-arsız meydan oxumaları, yenidən ərazilərimizə soxulmaları və sairə və ilaxır. Bu xəmir 30 il qan apardı, hələ bir 30 il də aparacaq kimi görünür. Və ən iyrəndiyim də "Azərbaycanın haqq səsi" və "Dünya birliyi" ifadələridi. Bəsdirin daha! Hal-hazırda dünya birliyinə biz yox, Rusiya və Türkiyə maraqlıdır. Biri hegemon, o biri isə öz Osmanlı tövrünü geri qaytarmaq istəyən bu iki qüvvə ilə həşir-nəşirdədi dünya. Bizim kimi xırda dövlətlərin xırda problemləri onlar üçün maraqlı deyil. İyrəndirməyin adamı