"İstəsə, gələr" - Trampdan Putinə
Rusiya lideri Vladimir Putin istəsə, Mayamidə keçiriləcək G20 sammitində iştirak edə bilər.
Adalet.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Lago iqamətgahında jurnalistlərə bildirib.
Tramp Putinin sammitdə mümkün iştirakı ilə bağlı suala cavab olaraq "Bilmirəm. Amma əgər o, gəlmək istəsə, mütləq gələ bilər", - deyib.
Eyni zamanda, Amerika lideri qeyd edib ki, belə bir səfər "bəzi insanlar" arasında mənfi reaksiyaya səbəb ola bilər.


Bakı -°C

