adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"Əzəmət simvolu"- Məhəmməd Hüseyndən yeni şeir

61448 | 2021-05-18 11:58

                                                                     Əzəmət simvolu

 

Xeyli ömür sürmüşəm,

Çox liderlər görmüşəm

İkisini sevmişəm

Rəcəb Tayyib Ərdogan,

Bir də İlham Əliyev.

 

Türkiyə, Azərbaycan,

Qardaş olub binadan,

Bunu deyir hər zaman,

Rəcəb Tayyib Ərdogan,

Bir də İlham Əliyev.

 

Türkün bayrağı enməz,

Türkün çırağı sönməz,

Verdiyi sözdən dönməz,

Rəcəb Tayyib Ərdogan,

Bir də İlham Əliyev.

 

Boz qurddan mayalanıb,

Daş ikən qayalanıb,

Qeyrətdən cilalanıb,

Rəcəb Tayyib Ərdoğan,

Bir də İlham Əliyev.

 

Çaqqal basammaz yurdu,

Basılmaz qurdlar yurdu,

Möhtəşəm ordu qurdu,

Rəcəb Tayyib Ərdoğan,

Bir də İlham Əliyev.

 

Babalar plan cızdı,

Balalar fərman yazdı,

Düşmənə qəbir qazdı,

Rəcəb Tayyib Ərdoğan,

Bir də İlham Əliyev.

 

İki qardaş bir oldu,

Hər işdə əlbir oldu,

Ocaq oldu, pir oldu,

Rəcəb Tayyib Ərdoğan,

Bir də İlham Əliyev.

 

Sizinlədir Pakistan!

Bəyan etdi İmran Xan,

Söylədilər qana-qan,

Rəcəb Tayyib Ərdoğan,

Bir də İlham Əliyev.

 

Ululardan uludur,

Yolu haqqın yoludur,

Əzəmət simvoludur,

Rəcəb Tayyib Ərdoğan,

Bir də İlham Əliyev.

 

Məhəmməd təbin coşa,

Dostlara şeir qoşa,

Sanki doğulub qoşa,

Rəcəb Tayyib Ərdoğan,

Bir də İlham Əliyev,

 

Müəllif; Məhəmməd Hüseyn

TƏQVİM / ARXİV