İbrahimoviç Avropa çempionatında iştirak edə bilməyəcək
İtaliyanın "Milan" futbol klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç travmaya görə Avropa çempionatında iştirak edə bilməyəcək.
Adalet.az xəbər verir ki, bu barədə İsveçin Futbol İttifaqının mətbuat xidməti bildirib.
İbrahimoviç İtaliya çempionatının XXXV turunun "Milan" və "Yuventus" komandaları arasında matçında (3:0) travma alıb.
"Bu gün Zlatan Yanne Anderssona (İsveç yığmadının baş məşqçisi - red.) bildirib ki, travmaya görə bu yay Avropa çempionatında iştirak edə bilməyəcək", - mətbuat xidmətinin açıqlamasında deyilir.
İbrahimoviç 2020-ci ildən “Milan”da çıxış edir, İtaliya çempionatının cari mövsümündə onun hesabında 19 matçda 15 qol var.
Digər Xəbərlər
20 Aprel 2024 10:00
"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı
19 Aprel 2024 18:19FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00