Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli həmvətənlər!
Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadların nümayəndələri arasında qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlığa əsaslanan nümunəvi ictimai münasibətlər formalaşmışdır.
Müasir Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fundamental insan haqları və azadlıqları üçün demokratik-hüquqi şərait təmin edilmişdir. Cəmiyyətimizdə yüz illərlə hökm sürən etnik-dini tolerantlıq mühitində yəhudi icması milli-mənəvi dəyərlərini, dil və mədəniyyətini qoruyub-saxlamaqla, böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin sosial-mədəni həyatında yaxından iştirak edir, vətəndaş həmrəyliyinin möhkəmlənməsinə özünəməxsus töhfə verir .
Yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğularının rəmzi olan Roş ha-Şana münasibətilə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!”
Digər Xəbərlər
10 Oktyabr 2026 16:10
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
10 Oktyabr 2026 15:54
Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı - “Ortaq kədərimizdir”
10 Oktyabr 2026 15:28
Şahbaz Şərif İlham Əliyevdən “ASAN xidmət”lə bağlı dəstək istədi
10 Oktyabr 2026 14:01
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
10 Oktyabr 2026 12:36
Azərbaycanda LGBT-nin təbliğatını qadağan edən qanun qəbul olunur
10 Oktyabr 2026 12:35
“Tramp mövcud siyasəti ilə nə İran, nə də Ukrayna problemini həll edə biləcək”
10 Oktyabr 2026 11:46
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - MÜRACİƏT
10 Oktyabr 2026 11:34


Bakı -°C

