Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri davam edir.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə işğaldan azad edilmiş ərazilərə səfərinin ilk günü ilə bağlı videoçarx paylaşıb.
Onun sözlərinə görə, hazırda xarici diplomatlar Ağdərə və Kəlbəcər istiqamətində səfərini davam etdirir.
Qeyd edək ki, səfərin ilk günündə xarici diplomatlar Xankəndi və Şuşada olublar.
Xatırladaq ki, Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.
Digər Xəbərlər
05 Oktyabr 2026 19:41
Prezidentdən dərman müəssisəsinin açılışı ilə bağlı PAYLAŞIM
05 Oktyabr 2026 19:35
İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
05 Oktyabr 2026 19:15
FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
05 Oktyabr 2026 18:51
Prezident bu yarışın açılışında - YENİLƏNİB
05 Oktyabr 2026 18:21
Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır
05 Oktyabr 2026 16:54
Sabah leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 Oktyabr 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
05 Oktyabr 2026 13:05


Bakı -°C

