Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldü - VİDEO
Əslən Ucar rayonunun Şilyan kəndindən olan 67 yaşlı Füzuli Baxışov və onun bacısı, 51 yaşlı Zərnişan Baxışova Rusiyaada faciəvi şəkildə ölüblər.
Adalet.az xəbər verir ki, bədbəxt hadisə Vladimir şəhərində yolda yaranan tıxac zamanı baş verib.
Belə ki, bacı-qardaşın olduğu avtomobil 2 yük maşınının arasında qalıb.
Zərnişan Baxışova hadisə yerində dünyasını dəyişib. Füzuli Baxışov isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Yanlarında olan digər şəxs isə hazırda xəstəxanada komadadır.
Mərhumların nəşləri bu gün Azərbaycana gətirilib. Füzuli Baxışov və Zərnişan Baxışova Ucarın Şilyan kəndində torpağa tapşırılıblar.
Daha ətraflı “Xəzər TV”nin süjetində:


Bakı -°C

