Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib.
Adalet.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışında deyib.
O bildirib ki, "Terrorsuz Türkiyə" prosesi çərçivəsində əldə olunan nəticə mühüm siyasi razılaşmanın göstəricisidir:
"Türkiyə olaraq bu yolda tarixi addım atdıq. Əvvəllər görünməmiş 467 səslə əldə olunan razılaşma nəticəsində bizə çox güclü dəstək verildi. Millətimiz terror məsələsinin bir daha gündəmə gətirilməməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirdi".
Ərdoğan bütün tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə çağırıb və cəmiyyətin həssas məqamlarını gərginləşdirəcək addımlardan çəkinməyin vacibliyini vurğulayıb.
"Hamı sağlam düşüncə ilə hərəkət etməli, cəmiyyətin həssaslığını nəzərə almalıdır. Türkiyənin büdrəməsindən fayda gözləyənlərə material verməkdən uzaq durmaq lazımdır. Əgər bu mövqeyimizdən geri çəkilsək, ölkəmiz qızıl dəyərində olan illərini itirəcək", – Türkiyə Prezidenti qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) müvafiq komissiyası "Terrorsuz Türkiyə"yə dair qanun layihəsini təsdiqləyib.
Digər Xəbərlər
06 Oktyabr 2026 00:12
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
05 Oktyabr 2026 23:00
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
05 Oktyabr 2026 22:32
Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər
05 Oktyabr 2026 20:35
Ağ Evin keçmiş mətbuat katibinə yeni vəzifə verildi
05 Oktyabr 2026 20:24
Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib
05 Oktyabr 2026 20:12
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
05 Oktyabr 2026 19:49
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
05 Oktyabr 2026 19:33


Bakı -°C

