“Bəyannamənin bu şərtinə 21 ildir ki, əməl olunmur...”
“Azərbaycanda bakalavr pilləsində təhsil müddətinin azaldılması ilə bağlı Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi gündəmə gətirilib. Sual olunur. İndi niyə? Bilirik ki, Azərbaycan Universitetləri 2005- ci ilə “Boloniya Bəyannamə”sinə qoşulub. Bu bəyanmamənin 1- şərti budur: Bakalavr təhsili 3- 4 il, magistratura təhsili 1-2 il nəzərdə tutulsun”.
Adalet.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib.
“Bəyannamənin bu şərtinə 21 ildir ki, əməl olunmur. Yəni bizdə 3 illik Bakalavr təhsili yoxdur. Əslində bu prosesi pedaqoji ixtisaslar üçün həyata keçirmək mümkün deyil. “Pedaqogika, “Psixologiya” və “Fəlsəfə” fənlərinin tədrisi azı 2- 3 semestr olmalıdır. Yaxşı müəllim hazırlığı üçün bu fənlərin yeni proqramı yazılmalıdır. Onsuz da “Fəlsəfə”nin tədrisini yığışdırıblar. Digər tərəfdən Bakalavr təhsilinin indiki müddətində pedaqoji kadrlar hazırlamaq mümkün deyil. Elm və təhsil nazirliyinim keçirdiyi imtahanlarda bu acı həqiqəti görürük.Ən düşündürücü məqam odur ki, tələbələr 4- illik Bakalavr pilləsini bitirdikdən sonra imtahan vermək üçün hazırlıq kurslarına gedirlər”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Oktyabr 2026 14:04
Qəzənfər Abdullayev vəzifəsindən azad edildi
07 Oktyabr 2026 13:49
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO+FOTOLAR
07 Oktyabr 2026 13:28
Pensiyaların ödəniləcəyi tarix açıqlandı
07 Oktyabr 2026 13:23
Prokurorluğa qəbul imtahanı keçiriləcək
07 Oktyabr 2026 12:33
Ekspertizanın aparılması qaydası dəyişir
07 Oktyabr 2026 12:22
Ukraynaya humanitar yardım göndərildi
07 Oktyabr 2026 12:02
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
07 Oktyabr 2026 11:43


Bakı -°C

