adalet.az header logo
  • Bakı -°C
11 Sentyabr 2026 16:08
37
İDMAN
A- A+

İsmail Kartal yoxa çıxdı

"İsmail Kartal telefonlarını söndürüb və onunla əlaqə yaratmaq mümkün deyil".

Adalet.az xəbər verir ki, bunu tanınmış türkiyəli jurnalist Yağız Sabuncuoğlu sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, komandanın bugünkü hazırlıq prosesinə məşqçilər - Dirk Kuyt və Zeki Göle nəzarət edib. Türkiyəli baş məşqçinin klubun təlim-məşq bazasına gəlmədiyi vurğulanır. Qeyd olunur ki, "Fənərbağça" klubunun rəsmilərinin gün ərzində İsmail Kartalla bir araya gələcəyi gözlənilir.

Xatırladaq ki, Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasında 1:1 hesabı ilə nəticələnən "Fənərbağça" - "Roma" oyunundan sonra istefa verib. İstanbul klubunun prezidenti Aziz Yıldırım isə istefa verən baş məşqçinin vəzifəsini davam etdirəcəyini bəyan edib.