“Yəməndə Səudiyyə Ərəbistanın dəstəklədiyi qüvvələr məğlub olur”
“Yəməndə Səudiyyə Ərəbistanın dəstəklədiyi hökumət qüvvələri İranın dəstək verdiyi Husilərə məğlub olur. Husilər strateji Babul-Məndəb boğazını nəzarətə götürür. İranın dəstəklədiyi Husilərin Babül-Məndəb boğazına nəzarəti Tehranın strateji üstünlüyünü artıracaq”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə əsasən hər iki ölkənin münaqişəyə qarışması hüquqi cəhətdən mümkün deyil:
“İlk növbədə Husilər Səudiyyə Ərəbistanına quru qoşunlarla hücum etmir. Səudiyyə Ərəbistanı Husilərə hücum edir. Əgər, Husilər Səudiyyə Ərəbistanına hücum edərsə, quru qüvvələri sərhəddi keçərsə, Məkkə sazişinə əsasən üzv olan iki ölkə hərbi dəstək verə bilər.Hazırkı müharibə ABŞ və İran halqasına daxildir. Hər iki tərəf Yəməndə proksi savaşı aparır. Noyabr ayına kimi Husilər məğlub edilməsə, D. Tramp seçkilərdə ciddi sınaq qarşısında qalacaq.Husilər Səudiyyə Ərəbistanın dəstəklədiyi qüvvələri məğlub edərək Babul Məndəb boğazina çıxdı. Bununla da İranın əlinə yeni bir strateji təsir rıçaqı keçdi. Bir müddətdən sonra, Husilərin bütün Yəməni nəzarət altına alması mümkün ola bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
05 Oktyabr 2026 21:02
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
05 Oktyabr 2026 20:50
Nazir Marko Rubio ilə danışdı
05 Oktyabr 2026 19:00
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
05 Oktyabr 2026 18:41
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
05 Oktyabr 2026 18:35
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə müzakirə apardı
05 Oktyabr 2026 14:31
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir
05 Oktyabr 2026 14:14
Prezident hakim partiyanı cəbhəyə sürdü - İdeoloji savaş başlanır
05 Oktyabr 2026 13:26


Bakı -°C

