"Azərbaycan tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir" - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncəsər və Xudavəng monastırlarından video paylaşıb.
Adalet.az-ın məlumatına görə, "X" sosial media hesabında paylaşılan videoda o qeyd edib ki, Gəncəsər monastırı XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal tərəfindən inşa etdirilib və Qafqaz Albaniyasının əsrlər boyu formalaşmış xristian irsinin mühüm nümunələrindən biridir.
"İşğal illərində bu tarixi abidələr "bərpa" adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb, nəticədə onların memarlıq autentikliyi və ilkin xarakteri zədələnib. Azərbaycan ərazisində yerləşən hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir".
H.Hacıyev Azərbaycanın multikultural və çoxkonfessiyalı irsinin qorunması sahəsində təcrübəsinin beynəlxalq səviyyədə tanındığını bildirərək qeyd edib ki, Azərbaycan bu təcrübəni digər ölkələrlə, o cümlədən qonşularımızla bölüşməyə hazırdır.
Prezidentin köməkçisi bu məsələ ilə bağlı saxta xəbərlər və yanlış narrativlər yayan media qurumlarını da tarixi abidələri yerində ziyarət etməyə və reallığı öz gözləri ilə görməyə dəvət edib.
Digər Xəbərlər
12 Sentyabr 2026 11:22
“Ölkənin lideri dəyişən dünyada Azərbaycanın siyasi çəkisini artırır”
12 Sentyabr 2026 11:21
“Yəməndə Səudiyyə Ərəbistanın dəstəklədiyi qüvvələr məğlub olur”
11 Sentyabr 2026 22:00
Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı
11 Sentyabr 2026 19:28
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
11 Sentyabr 2026 16:08
Hacıyevdən Əliyev-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA
11 Sentyabr 2026 14:13
“Yeni Dehli anlayır ki, Hindistanın inkişafı Qərblə sıx münasibətlərdən asılıdır”
11 Sentyabr 2026 12:33
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
11 Sentyabr 2026 12:19


Bakı -°C

