adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 May 2021 17:18
68110
ƏDƏBİYYAT
A- A+

Qulu Ağsəs: "Xoş gördük, əyil, qulağına söz deyim, Şuşam" - Video

Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Şuşaya yeni şeir həsr edib.

Adalet.az xəbər verir ki, şeir Anar Adil tərəfindən səsləndirilib.

Həmin şeiri təqdim edirik:

Xoş gördük,

əyil qulağına söz deyim, Şuşam:

nə vaxtdı,

yad səslərdən yağır qulağına...

mən pambıq götürüm,

sənsə çöp götür,

enək İsa bulağına –

təmizləyək nisgilin,

28 bəlaya gəlmiş ilin!

...Bir də xoş gördük,

əyil qulağına söz deyim, Şuşam:

da-rıx-mı-şam!..