adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Aprel 2021 17:00
24050
SAĞLAMLIQ
A- A+

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 680 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 221 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 366 890, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 908 672, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 458 218 təşkil edir.