SON DƏQİQƏ:

Əməkdar jurnalistin “Milli Qəhrəman Polad Həşimov” adlı kitabı işıq üzü gördü

  26271   |  
Şriftin ölçüsü  

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Hikmət Xudiyevin (Cəmilzadə) “Milli Qəhrəman Polad Həşimov” adlı yeni kitabı işıq üzü görüb. “Qanun” nəşriyyatında nəfis şəkildə çap olunan kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə dəyərli xidmətləri ilə müstəqil Azərbaycan Respublikasına sədaqətlə xidmət etmiş, Silahlı Qüvvələrimizdəki xidmət illərini mənfur düşmənlə təmas xəttində keçirərək, “səngər generalı” adını qazanmış, tək peşəkar və fədakar hərbçi olmağı ilə deyil, həm də humanist əməlləri, bəşəri ideyaları, ictimai əxlaq və ləyaqəti ilə qəlblərdə yaşamaq səadətini qazanaraq Türk dünyasının fəxarət ünvanına çevrimiş şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun gələcək nəsillərə örnək olacaq ömür yolundan bəhs edir.

Kitab şücaəti, igidliyi və tükənməz vətən sevgisi ilə hələ 2016-cı ilin Aprel döyüşlərindən adını qızıl hərflərlə savaş tariximizə yazdıran, 14 iyul 2020-ci ildə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı isə müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun uşaqlıq illərindən şəhidlik zirvəsinə ucaldığı anadək mənalı ömür yolundan ətraflı bəhs edir. Kitabda şəhid generalın uşaqlıq, orta, ali hərbi məktəb illəri, ilk döyüş anları, dövlət təltifləri haqqında məlumatlar ilə diqqəti cəlb edir.

“Milli Qəhrəman Polad Həşimov” kitabında müəllif şəhid generalımızın simasında hərbi nizamnamələrin tələblərini vicdanla yerinə yetirən, hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirən, döyüş texnikasını və digər texnikaları mükəmməl bilən, hərbi xidmətin bütün çətinliklərinə mətinliklə dözən, döyüşçü yoldaşlarına sadiq Azərbaycan zabitinin obrazını yaratmağa uğurla müvəffəq olub.

Müəllif şəhid generalın ömür yolundakı faktlara əsaslanaraq Polad Həşimovu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın və hərbi nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daim nümunə olan hərbçi kimi oxucuya təqdim edib.

Kitabda Polad Həşimov haqqında xatirələrə də geniş yer verilib, şəhid generalın həm də humanist insan, bəşəri ideyalar daşıyıcısı olması, qəlblərdə taxt quraraq əsgər və zabitlərin qayğıkeş komandiri kimi yadda qalması da ön plana çəkilib.

Şəhid generalımız, əxlaqi dəyərlər mücəssəməsi sayıla biləcək vətəndaşımız haqqında cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar tərəfindən söylənilən munis xatirələrə də “Milli Qəhrəman Polad Həşimov” kitabında geniş yer verilib.

Kitabda general Polad Həşimov şəhadətindən sonra cəmiyyətin bütün təbəqələrində ümumxalq sevgisi ilə sevilməsi və adının əbədiləşdirilməsi istiqamətində görülən işlər, o cümlədən qardaş Türkiyədə şəhid generala olan ehtiram çoxsaylı faktlarla oxucuya təqdim olunub.

“Milli Qəhrəman Polad Həşimov” kitabı vətənin dar günündə torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizdən biri – qürur ünvanımız olan Polad Həşimovun keçdiyi rəşadətli, humanist və bəçəri əməllərlə zəngin həyat yolunu, döyüşlərdə göstərdiyi igidliyini təbliğ etməklə, gənclərimizdə vətənpərvərlik hissinin inkişafına və güclənməsinə, mübarizə əzminin daha da qüvvətlənməsinə, nəhayət azərbaycançılıq məfkurəsinin kamilləşməsinə öz töhfəsini verəcək bir əsər kimi dəyərləndirilə bilər.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK