SON DƏQİQƏ:

"Dünyada üç əsl kişi var. Xilaskar Amerika, Britaniya, İsrail"- Saffari yazır

  34664   |  
Şriftin ölçüsü  

Dünyada bilmirəm bu proseslər, müzakirələr necə gedir, amma burda bilirəm ki, olduqca iyrənc bir mənzərə var. Xüsusi ilə də ədəbiyyat sahəsində.

Söhbət hansısa müəllif haqqında yazmaqdan gedir.

Məsələ o yerdədir ki, tək tənqid yox, bəzən tərif də yaxşı qarşılanmır. Təbii, haqqlı iradlar da olur, bəzən tərif olunan adam ədəbiyyat olaraq layiq olmaya da bilir, müəyyən məsələlər olur ortada, amma yenə də mənzərə bulanıqdır. Ən çətin məsələ isə tənqid etməkdir. Əgər tənqid etdiyin yazıçı, şair dünyasını dəyişibsə və həmin adam kütlə tərəfindən sevilirsə, qanın getdi. Əli kitablıdan tutmuş, təsbehlisinə qədər danlayacaqlar səni. İşin ən maraqlı tərəfi hələ də həyatda olan birini tənqid etməkdir. Əgər o adam da sevilən biridirsə, yenə də eyni reaksiya. Burda da həmişəki şablon söhbətlər olur. Guya paxılsan, gözün götürmür.

Əvvəla, ay məna yoxsulları, bir ədəbiyyatçının işi başqa bir ədəbiyyatçını, ədəbiyyatla məşğul olan bir insanı yazmaqdır. Ədəbiyyatçı gedib "slesarı" ədəbi müstəvidə tənqid edəsi deyil ki. Lap belə paxıllıq edir. Həyatda bundan normal, bundan təbii nə ola bilər ki?

Nəysə. Bu barədə kim necə düşünürsə, artıq öz problemidir.

Haqqında, əsərlərindən danışmaq istədiyim yazıçı Xalid Hüseyndir. Düşünürəm ki, bu yazıçı zəlzələdən ya vəlvələdən bu qədər məşhurlaşıb, sevilib.

Nə "Çərpələng uçuran", nə "Min möhtəşəm günəş", nə də "Və dağlardan səda gəldi" kitabları ciddi əsərlər deyil.


Müəllifdən ilk oxuduğum və elə onu ilk məşhurlaşdıran əsər "Çərpələng uçurandır".
Çərpələng uçuranda toxunulan məsələlər yaxşı olsa da, ustalıqla ifadə edilməyib. Janrlar fərqli olsa da, bizim Elxan Elatlını, Çingiz Abdullayevi gör, onu gör. Hər biri betseller. Betseller əsər yazmağın da qaydaları var, yəqin, bilirsiniz. Sadəcə, Xalid Hüseynini burda xilas edən məsələ xalqının faciəsini yazmağındadır. Əfqan əsilli bir ABŞ yazıçısının hiyləgərliyi də məhz elə burdadır. Xilaskar kimi göstərdiyi ünvanın, əslində, elə onun faciəsində birbaşa əlinin olmağını görmək istəməməsi, daha doğrusu, dilə gətirə bilməməsi.

Əsəri oxuyanlara bu cümlə çox tanışdır;

" Dünyada üç əsl kişi var. Xilaskar Amerika, Britaniya, İsrail. Qalanları isə qeybətçil arvaddan başqa bir şey deyillər"

Amma buna baxmayaraq əsəri nə qədər bəyənməsəm də, bəyəndiyim tərəfləri də çoxdur. Məsələn, Şərqli olub, ölkəsində baş verən bu hadisələri dünya necə tirajlamaga çalışsa da, bunun dinlə əlaqəsinin olmamağı, müəllifin özünün baxışı. (Ateist atası olsa da, bu cür böyüsə də, sonradan özünün dinə qayıtması, bir sözlə, şərqə məxsusluğu diqqət cəlb edir. Amma molla rejiminin məhv olmasına çalışmaq məsələsi də var. Mənim öz dini movqeyimə görə xoşuma gələn yerlər oldu açığı, amma müəllif nə qədər gizlətməyə çalışsa da, burda da dinə Amerika "barmağı" var idi.

Əsərin daha çox belə tirajlanmasına əsas səbəb də məhz müsəlman dünyasının pisliklərinin göstərilməsidir. Buna da deyirlər, "Qərbin marağı".

Əsərdə sözün əsl mənasında tük ürpədici hadisələr var. Məsələn, Əmirin qardaşı Həsəni zorlayan, ümumi olaraq iyrənc işlərlə məşğul olan Asifin, Talibanların işğalından sonra terror təşkilatının başına keçməsi və dünyada ola biləcək ən böyük iyrəncliyi etməsi... Atasını zorladığı uşağı atasının ölümündən sonra yetimxanadan götürüb eyni şeyləri ona da etməsi...
Bir sözlə, Talibanın din adı altında insanlara zorkalıq etməsi, tabe olmayanları isə edam etdirməsi.

Əfqanıstan haqqında məlumatlarım əslində öz ədəbiyyatımızdandır. Düşünürəm, məsələn, Əlibala Hacızadənin "İtkin Gəlin" romanını oxumaqla, Xalid Hüseynini daha yaxşı anladım. Düzdü, fərqlilik çox olsa da, süjet oxşarlığı məsələni aydınlaşdırırdı.

Bütün hallarda son olaraq Xalid Hüseyninin bu romanda ciddi heç nə deyə bilmədiyini, hadisələrə ABŞ gözü ilə baxdığı qənaətindəyəm. Bu və dediyim digər səbəblərdən əsəri ciddi əsər hesab etmirəm. Məhz Amerikanın roludur ki, bu əsər bu qədər məşhurlaşdı dünyada. Bu əsərə daha çox "ABŞ, məni gör" demək olar.

Digər əsərlərinin də ana xətti tipik drammatik-lirik olması əsəri bir az oxunaqlı edir. Bu kitabları oxumağa adamı sadəcə hadisələr məcbur edir, əsərin ciddiyyəti, ağırlığı yox. Necə ki, ciddi kitablar oxumayan adamlara istənilən dedektiv kitab böyük görsənir, bu da elə.

"Min möhtəşəm günəş" kimi. Drammatik-lirik bir kitabdır. Amma heç bir möhtəşəmliyi yoxdur. O cümlədən də "və dağlardan səda gəldi" romanı.

Sujeti "Çərpələng uçuran"-la eynidir hardasa. Hər ikisində də hadisələr Əfqanıstanda, orda olanlarlardan, baş verənlərdən, insanlardan bəhs edir. Yəni, öz xalqının faciəsini yazan sadə bir yazıçıdır. Yenə deyirəm, öz xalqının faciəsini yazmaq başqa, amma bu faciəni göstərə bilməmək, səbəbkarları cəsarət edib deyə bilməmək, əksinə, onları xilaskar kimi göstərmək elə bir yazıçının vətəninə xəyanətidir. 

Xalid Hüseyninin hər bir əsəri birbaşa olaraq populist ədəbiyyatdır, əsərləri  kommersiya xarakteri daşıyır. Yəqin ki, bu sadaladığım səbəblər az da olsa izah edir demək istədiyimi. 

Orxan Saffari.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK