adalet.az header logo
  • Bakı 7°C
09 Aprel 2021 10:14
77605
ƏDƏBİYYAT
A- A+

"Biz “qıllı mələklər” neyləyək, Günelcim?!" - Orxan Saffari yazır

İllərdir ki, kişilərin də, qadınların da bitməyən və bitməyəcək bir davası var, “Azərbaycan qadını”, “Azərbaycan kişisi”. Hər iki “cəbhənin” fikir adamlarının əksər hallarda mənasız arqumentlərini az görməmişik. İndi isə haqqında danışacağım “cəhbə” adamı öz mənasızlığı, məzmunsuzluğu, xüsusi banallığı, xəstə təfəkkürün nümayəndəsi, uzun illərdir “qadınvari” cəhdlərinə belə baxmayaraq şair kimi şair, yazıçı kimi yazıçı, tərcüməçi kimi də tərcüməçi ola bilməyən, mətbəxi cəhənnəm, kişi corabını başına düşən daş bilən nifrətkar Günel xanım Mövluddur. Bəli. Özünü bu qədər “cırmağına” baxmayaraq cəmi bir-iki bənd düzüb qoşa bilən “Azərbaycan kaadını” Günel Mövluda elə ilk olaraq qadın xoşbəxtliyi arzu edirəm. Azərbaycan, məhz elə Cəbrayıl qadını xoşbəxtliyi. Başqa nə arzu edim ki? Xoşbəxt ola bilməyən bir qadındır. Yaradıcılığı da yoxdur ki, uğurdan zaddan diləyim.

Zarafatsız, illərdir xaricdə yaşa, guya 5-3 kitab oxu, Allah qoymasa bir-ikisini də özün yaz, amma otur bütün günü qadın dır-dırı elə, reglam dəymə denən, mən qadınam, mən anayam, mən eləyəm, mən beləyəm. Kimsən axı, Günelcan, kim? Əlindən kişi söyməkdən, nifrətini tökməkdən başqa nə gəlir?

Günel Mövludu bu həyatda heç nə qurtara, heç nə xoşbəxt edə bilmir. Yaratdığı “müxalif” obrazının da nəyə hesablandığını hamı bilir, feminizmin “çörəyini” necə yediyini də. Qadın azadlığı deyə-deyə müdaxilə etdiyi, ortada isə “bədbəxt qadınlar” ordusu qoyduğunu da. Mənim təpəmə dəysin elə o layihələr də, o qrantlar da.

Nədən danışaq, hə? Sənət, ədəbiyyat qadını obrazına girib, gündəmə isə daim seks, bədənlə gəlməyindən və sonra kişilərə yanıq adı qoymaqdan, “ayyy, siz qadını ət olaraq görürsünüz”, “ayy, biz qadınıq, seks maşını yox”, “ayyyy, bizim beynimizə, sənətimizə hörmət qoyun “ deməkdənmi? Axı, Günel xanım, məsələn, bir kişi sənin hansı beyninə hörmət qoysun? Hansı sənətinə? Axı, səndə bir cəlb edici şey var, o da elə pis çıxmasın, bədəndir. Biz “qıllı mələklər” neyləyək, Günelcim?! Onu da Allah köməyin olsun, min budaq olasan ki, göstərirsən. Bəs, nədi dərdin?

Azərbaycanda Günel Mövlud deyəndə ağıla ilk olaraq seks gəlirsə, bəlkə bunun günahı bizim yanıqlığımız yox, məhz sənin yanıqlığındır? Ən gözəl qadınlar qocalır e, özün də deyirsən, bilirsən, elə yavaş-yavaş sən də qocalırsan. Bəs, bir gün bədənin də maraqlı olmayanda necə? Nə edəcəksən? Axı, gedər bu gözəllik, sənə də qalmaz. Allah ləyağınızı kəssin elə.

Bax, Günel xanım, məsələn, sənətə, ədəbiyyata, incəsənətə hörmət qoyan biri olaraq mənim ağlıma niyə sənin sənətin gəlmir? İmamzada haqqı, yanıq deyiləm, sevgilim, flörtüm yerimdə, bir dənə də arvad alacam, bitəcək. Yaxşı-yaxşı, o dəqiqə seksistliyə bağlama, zarafat edirəm. İstədim, əsəbiləşəsən, minnoş..

Sözüm onda ki, seks həyatım da yerindədir. Hətta sənin bir doğmanı da çox sevirrdim. O da məni sevirdi. Gözəl günlərimiz olub, xatirələr yaşamışıq. Əslində, səni bir az da ona keçirəm. Yaxşı ki, o sənin kimi deyildi. Nəysə. İndi onun xatirəsini də bura qatmayım. 

Mən indi niyə görmürəm sənin sənətini? Çünki yoxdur. Bərbad tərcümlərin, atana nifrətin, hər ay regl olmağın...mən niyə bunlara sənət deyim ki? Həqiqətənmi beləmi hesab edirsən? Norveçdə belə formalaşdın, kaadın? Nə istəyirsən, bizdə regl olaq? Təbiət ana bizə bunu verməyib də, bizdən nə istəyirsən axı? Özün öz həyatını keflə, ürəyin istəyən yaşamısan, istədiyinlə nə lazımdı etmisən, amma özünü hələ də yanıq, kişi görməyən kimi aparırsan? İmkan ver, kim necə istəyir yaşasın da. Ailən haqqında dediklərin öz işin, amma onların acığını, trammasını bizdən niyə çıxırsan? Sənin trammalarından yaranan klassik qadın aqresiyyanı mən niyə hiss etməliyəm? Vallah, yaza da bilmirsən, Günel xanım. Yenə xilas edən bir-iki bəndin var, amma oxuyuruq, görürük ki, yaza bilmirsən. Başını qatıb, çörəyini qazanırsan da. Düzdü, o qazandığın çörəyi qazanmasan daha yaxşıdır, Allah kəssin elə çörəyi, amma daha neyləmək olar? Bir də deyirəm, vallah, bizlər atana-qardaşına, qohumlarına olan nifrətindən yaranan avtobioqrafiyana əsər deyə bilmirik, demək istəmirik. Bizlərə sənin seks həyatın da o qədər maraqlı deyil. Qadınsan da. Yazırsan, danışırsan, bizdə yüngül desəm, mırt tuturuq. İllərdir özünə bir düzəməlli obraz da qura bilmədin, sən də tənqid elədiklərinə çevrildin. Sən də adiləşdin, hər kəsləşdin, Günelcim...

Bax, əslində bu yazıya başlamazdan əvvəl beynimdə tutmuşdum ki, başqa formatda bir yazı yazım. Daha çox ədəbiyyatdan. Amma sənin ədəbiyyatın heç kimə maraqlı deyil, heç vaxt da olmayıb. Sadəcə, qadın olaraq rahatlığın olub səni öndə göstərən. Bu gün də, dünən də. Ad çəkmək etik deyil bu məsələlərdə, amma məhz elə sənin o vaxt ki dostların da indi bunu etiraf edir. Həm də, azadlıq bağırdığın o məclislərdə. Sənə həmişə açıq-saçıq bir qadın kimi yanaşıblar. Əgər özün bunun fərqində deyilsənsə, hiss etməmisənsə, daha heç nə. Mən də istədim ki, belə bir seksist yazı yazım, yüngülvari məzələnim. Tam səmimi deyirəm sənə.  sən əslində özün də nə istədiyini bilmirsən. Hələ də tapa bilməmisən. Ona görə də başın bu mövzulardan ayrılmır və adını da qoymusan "tabu qıran", "azad qadın" zad. Dəysin mənə təpəmə elə. Odur ki, ən azından arzu edirəm bacarsan, ciddi nələrsə yaz. Amma bizə bunlarla gəlmə. O mövzular bitdi. İndi hamı ya üzdə, ya da gizlində kefini çəkir, sən də ordan özünü şəhid eləmisən. Lazım deyil, ehtiyac yoxdu, özünə saxla. Xoşbəxt ol.