adalet.az header logo
  • Bakı -°C
16 Oktyabr 2026 12:39
78
MEDİA
A- A+

Qalib İbrahimoğlu Mətbuat Şurasına üzv seçildi

Qalib İbrahimoğlu Mətbuat Şurasına üzv seçildi.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan jurnalistlərinin IX qurultayında keçirilən səsvermə zamanı qərar verilib.

Qeyd edək ki, Qalib İbrahimoğlu Bakıvaxtı.az xəbər portalının baş redaktorudur. O, 1972-ci il mayın 9-da Yevlax şəhərində anadan olub. 1992–1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) ali təhsil alıb.

Jurnalistika fəaliyyətinə 1996-cı ildə “Hürriyyət” qəzetində başlayan Qalib İbrahimoğlu burada müxbir, şöbə redaktoru və baş redaktorun birinci müavini vəzifələrində çalışıb. Daha sonra “Bu gün” qəzetində baş redaktorun birinci müavini, “Hürriyyət” qəzetində baş redaktor olub.

1998–1999-cu illərdə “Azadlıq” və “Kaspi” qəzetlərində müxtəlif vəzifələrdə çalışan jurnalist 1999–2019-cu illərdə “Ekspress” qəzetində redaktor kimi fəaliyyət göstərib. 2019-cu ildən APA İnformasiya Agentliyində redaktor vəzifəsində çalışıb.

2021-ci ilin dekabrında Bakıvaxtı.az xəbər portalının baş redaktoru təyin olunub.

2025-ci ildə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə jurnalistika sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.