Rusiya aktivləri yenidən gündəlikdə
Brüssel yenidən Rusiyanın dondutulmuş aktivlərindən Ukraynaya verilməsi məsələsini müzskirə etməyə hazırlaşır. Bu barədə Avropa parlamentinin deputatı Terri Mariani məlumat verib.
"Bu barədə fikirləşilir və bu məsələyə qayıdılacaq. Avrokomissiya düşünür ki, Rusiyanın 170-210 milyard avro dəyərində dondurulmuş aktivlərinin 140 milyadı Ukraynaya dəstək məqsədiylə xərclənməlidir"- deyə Mariani bildirib.
Dondurulmuş aktivlərinin böyük hissəsi Belçikadadır. Onlar ötən il bu akyivlərdən 90 milyard avro ayrılması ilə bağlı qərarın həyata keçirilməsinə mane olmuşdular. Lakin bu məsələyə baxılması yrnidən gendəmə gəlib.
Rüstəm Hacıyev


Bakı -°C

