SON DƏQİQƏ:

SƏDƏQƏ - Səadət Sultan yazır

  36000   |  
Şriftin ölçüsü  

(Hekayə)

 

Nəzrin, həmişəki kimi, universiteti pilləkınlərindən qaçaraq, harasa tələsirdi. Deyəsən, yenə də rəfiqəsi Aydanla görüşüb sirlərini bölüşəcəkdilər. Bu ilki semestri də uğurla başa vurmuşdular. Necə olsa, sonuncu kursda oxuyurdular. Sevincləri yerə-göyə sığmırdı. Birdən telefonuna gələn qəfil zəng s onu dayanmağa məcbur etdi. Bu o idi. İllər öncə qəlbinin ən gözəl yerini ona vermişdi. Amma...

Hadisələr univeristetin ilk illərində vaqe olmuşdu. Azərlə eyni korpusda təhsil alırdı Nəzrin. Sadəcə olaraq, Azər fizika, Nəzrin isə coğrafiya fakültəsində təhsil alırdı. Tanışlıqları isə sırf təsadüf nəticəsində baş vermişdi.

Adi dərs saatlarından biri idi. Tələbələr həmişə olduğu kimi bu dəfə də saat birdə nahar fasiləsinə çıxmışdılar. Kimi bir tərəfdə çay içir, kimi şirin-şirin söhbət edirdi. Kimi də növbədə sırasını gözləyirdi. Nəzrinlə Aydan da sırada idi. Şirniyyat alıb çayla içəcəkdilər. Onlardan qarşıda Azər dayanmışdı. Birdən gözü Nəzrinə sataşdı və ani olaraq, bu qızla tanış olub tanımaq istədi.

- Qızlar, növbəmi sizə verə bilərəm. Deyəsən, dayanmaqdan yoruldunuz...

Nəzrin bir söz deməyib üzünü Aydana tərəf çevirdi:

- Buna bax da, kübar çıxıb ...

Elə bu vaxt Aydan cəld dilləndi:

- Cavan oğlan, təklifinizə görə çox sağolun, bizim sıra artıq yetişir. Təşəkkür edirik.

Qızlar şirniyyatlarını da götürüb, yenicə əyləşmişdilər ki, Azər də öz fincanını götürüb onların masasında əyləşdi.

Qızlar çaşqınlıq içində bir-birilərinə baxdılar. Azər isə dil-dil ötməyə başladı. Özünü qəhrəman kimi, mələk simalı göstərməyə çalışırdı ki, Nəzrinin ondan xoşu gəlsin. Nəzrin isə özünü sakit və laqeyd tərzdə aparırdı. Azər elə hey danışırdı. Qızlar qəfil onun sözünü kəsib dərsə tələsdiklərini sbildirdilər. İki rəfiqə bir-birinə qoşulub auditoriyaya daxil olanda s artıq müəllim dərsə başlamışdı. Sakitcə, keçib yerlərində əyləşdilər...

Universitetdə həmin gün dərslər tez bitmişdi. Hamı evə tələsirdi. Aydan Nəzringilə gedəcəkdi. Anası Bəsti xala yaxşı aş dəmləmişdi. Elə bu an universitetin pilləkənlarında qarşısını bir oğlan kəsdi. Bu yenə də Azər idi. Nəzrin qabağından keçib getmək istəsə də, Azər əl çəkmədi. Beləcə bir həftə Nəzrin Azərdən qaçmağa çalışdı, amma sonda Azər onun telefonunu güclə də olsa, ala bildi. Beləcə günlər həftələri, həftələr isə ayları əvəz etdi. Azər Nəzrinə ilk vaxtlar daha tez-tez zəng vurar, ismarıclar göndərərdi. Təzə başlanan sevgi münasibətləri hələ ki, yolunda gedirdi. Bir müddət beləcə zəngləşib, görüşüb, söhbətləşdilər. Kənardan xoşbəxt görünürdü gənclər. Amma... Sən saydığını say, gör fələk nə sayır...

Azərin fakültədə işləri qaydasında deyildi. Bir neçə fəndən kəsri qalmışdı. Nəzrin isə əksinə, bütün semestri oxuyub butun qiymətlərini əla almışdı. Işləri yolunda gedirdi. Azərlə də sanki hər şey öz qaydasında idi. Hər halda kənardan elə görünürdü. Əslində isə vəziyyət artıq dəyişmişdi.

Hər şey Nəzrinin əlaçı Azərin isə qiymətlərinin aşağı olmasından sonra başladı. Azər açıq-aşkar Nəzrinə qarşı qısqanclıq edir, münasibətlərində soyuqluq yaratmağa başlamışdı.

Soyuq payız günü idi. Dərsdən sonra Azər Nəzrinlə görüşməli idilər. Nəzrin isə qəlbində artıq boşluq yarandığını, Azərin əvvəlki Azər olmadığını hiss etmişdi.

- Salam Azər, - deyə soyuqqanlı şəkildə Azərə tərəf yaxınlaşdı.

- Salam, necəsən, Nəzrin? Eşitdim bu il semestri əla qiymətlərlə başa vurmusan. Təbrik edirəm.

Nəzrin Azərin səsində istehza, kin və qısqanclığı hiss etdi. Amma üzünə vurmadı.

- Hə, dostlarıma və yaxınlarıma bacarığımı bir daha göstərdim.

Azər: - Təki olsun, nə deyirəm ki.... – deyib, soyuq baxışlarla Nəzrini süzdü.

Nəzrinin heç ağlına da gəlməzdi ki, Azər bu şəkildə dəyişə bilər. İlk vaxtlar bütün sevincini, kədərini, həyatında baş verənləri Azərlə bölüşən Nəzrin artıq onun sevgisinə ehtiyacı olmadığını bu anda dərk etdi. Və onun yanında bir an belə qalmaq istəmədi.

- Bilirsən Azər, mənim sənə olan sevgim, istəyim heç zaman qarşılıqlı olmadı. Düzdü, ilk vaxtlar sən başqa idin, indi isə tamam dəyişib sevgini mənə SƏDƏQƏ şəklində təqdim edirsən. Halbuki mənim sənin sədəqənə heç bir ehtiyacım yoxdur – deyib, iti addımlarla Azərdən uzaqlaşdı.... Axı, Nəzrin və anası Bəsti xala bu axşam Aydanı qonaq çağırmışdı...

Azər isə olduğu yerdə susub qalmışdı... Nəzrinin sözlərində həqiqət vardı...

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK