adalet.az header logo
  • Bakı 7°C
06 Aprel 2021 11:21
40560
ŞOU-BİZNES
A- A+

Xatirədən şok iddia: “Gizli toylar keçirilir”

“Azərbaycanda gün ərzində 500-dən çox gizli toy olur. Bu gizli toylar nə qədər davam edəcək? Buna ya icazə verilməli, ya da qarşısı alınmalıdır”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri Xatirə İslam sosial şəbəkə hesabında qeyd edib:

“Hər kəsdən xahiş edirəm, toylara tam icazə verilmədən məni heç bir dostum, tanışım, yaxınım, hətta toyuma gələnlər belə öz gizli keçirtdikləri toylarına dəvət etməsinlər. Mən qayda, qanun adamıyam, məclisdə rahat olmalıyam, məni düz başa düşün”.

Qeyd edək ki, koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkə ərazisində kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub.

Rövşən Tahir