adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Mart 2021 11:00
25156
DÜNYA
A- A+

Sarkisyan seçkilərdə Koçaryanı dəstəkləməyəcək

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan erkən parlament seçkiləri zamanı ikinci prezident Robert Koçaryanı dəstəkləmək niyyətində olmadığını açıqlayıb.

Azvision.az xəbər verir ki, bu barədə "Joqovurd” nəşri yazıb.

Məlumata görə, Sarkisyan öz yaxın ətrafına bu barədə bildirib. Nəşr yazır ki, üçüncü prezident Vətən partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana dəstək olmaq istəyir. O, respublikaçıların 4-5 mandata görə kapitulyatoru qanuniləşdirməyəcəyini söyləyib.

Üstəlik, Ermənistanın keçmiş liderlərinin son iclasında Sarkisyan Koçaryana seçki kampaniyası dövründə onu dəstəkləməyəcəyini açıq şəkildə bildirib. Respublika partiyasının tanınmış nümayəndələri deyiblər ki, Sarkisyan seçkilərə qatılmasa, Koçaryanın rəhbərlik etdiyi siyahı ilə seçkiyə gedəcəklər.

"Bu məlumatlar Respublika partiyası sıralaraında parçalanmanı və onların bir hissəsinin öz hərəkətlərini və planlarını açıq şəkildə müzakirə etməyən Sarkisyandan narazılıqlarını göstərir", - deyə nəşr yazıb.