SON DƏQİQƏ:

Prezident İlham Əliyev 17 ildə Azərbaycanı müasir, güclü dövlətə çevirdi - Komitə sədri

  16901   |  
Şriftin ölçüsü  

Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qarşıya məqsədyönlü və düzgün hədəflər qoyulub və onlara nail olunub.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, 2003-cü ildə xalqımız İlham Əliyevi böyük ümidlər və inamla, həm də sevinclə Prezident seçdi: “Dövlətçiliyimiz üçün tarixi bir məqamda xalq öz müdrik seçimini etdi və cənab İlham Əliyev xalqın ona bu inamını, etimadını tez bir zamanda daha da möhkəmləndirdi. Amma buna qədər hələ çox böyük işlər görülməli idi. Bəlkə də bu işlərin bəzilərinin görülə biləcəyinə həm daxildə, həm də xaricdə çoxları inanmırdı.

Bəli, İlham Əliyev xalqımızı azərbaycançılıq ideyası əsasında sıx birləşdirərək müqəddəs amallar uğrunda ölkəmizi inkişaf yolunda sürətlə irəli apardı. Bu tərəqqi, inkişaf o qədər sürətli idi ki, bəzən onunla ayaqlaşmaq belə çətin olurdu. Azərbaycana gələn xarici qonaqlar, elə öz insanlarımız da hər il elə möhtəşəm işləri, inkişafı görürdülər ki, Bakının tanış küçələrini, rayonlarımızı tanıya bilmədiklərini, bu yeni möcüzənin necə yarandığını başa düşə bilmədiklərini deyir, eyni zamanda ona valeh olurdular. Bax beləcə Prezident İlham Əliyev bütün hədəflərə çataraq Azərbaycan dövlətini müasir güclü dövlətə çevirdi. Ali Baş Komandan İlham Əliyev həm də böyük sərkərdəlik nməharətilə torpaqlarımızı erməni-faşist işğalından azad edərək dövlətimizin Zəfər və Şərəf tarixini yazdı!

Bu gün Azərbaycan uğurlu daxili və xarici siyasəti, sürətli iqtisadi inkişafı, həyata keçirdiyi irimiqyaslı layihələr nəticəsində dünyada etibarlı siyasi-iqtisadi tərəfdaşa çevrilmişdir. Bütün xarici süni maneələrə baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi nəhəng neft-qaz layihələri nəticəsində Azərbaycanın neftinin və qazının Avropa bazarına çıxarılması dünya düzənində geosiyasi şəraitə də öz təsirini göstərdi. Eyni zamanda Böyük İpək yolunun bərpası ilə bağlı yeni nəqliyyat sisteminin yaradılması Azərbaycanı nəinki nəhəng nəqliyyat qovşağına, həm də ciddi güc mərkəzinə çevirdi”.
Komitə sədri bildirib ki, düz 17 il gecə-gündüz ağır zəhmət bahasına Prezident İlham Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinə keçidini təmin edərək, onu müasir, güclü, dünyada öz mövqeyi, sözü olan dövlətə çevirdi, aparıcı dövlətlər sırasına çıxardı:
“Və 17 ildən sonra Azərbaycanı həm də hərb meydanında qalib dövlət etdi. Bütün azərbaycanlılara uzun illərdir arzuladıqları, sözlə ifadə edilə bilməyəcək böyük Qürur hissini yaşatdı! Ermənistanın işğalçı ordusunu döyüş və siyasət meydanında darmadağın etdi, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Ermənistanın hərbi təcavüzünə cavab verən ordumuzun uğurlu əməliyyatları erməni mifini darmadağın etdi. Və göstərdi ki, biz işğal altındakı torpaqlarımızı azad etmək gücünə malik dövlətik. Heç kim bizimlə hədə-qorxu dili ilə danışa bilməz, iradəmiz əleyhinə heç nə edə bilməz. Bu gün bütün şərtləri Azərbaycan diqtə edir. Ona görə ki, o, ədalətin, inkişafın, demokratiyanın, sülhün və əməkdaşlığın qarantı olan güclü dövlətdir“.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-12

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK