SON DƏQİQƏ:

"Gitarada ifa etmək məsuliyyətli bir işdir" - MÜSAHİBƏ

  18640   |  
Şriftin ölçüsü  

"Gitara çalmağım Allahın bəxş etdiyi bir möcüzədir. 4-cü sinifdə oxuyurdum. Günlərin bir günü elə bil kimsə beynimə yerləşdirdi ki, dur ayağa bir gitara düzəlt. Evimizin təmiri üçün alınmış taxtalardan birini xəlvət götürüb 3-4 saat ərzində bir gitara düzəltdim, onu elə rənglədim, heç kim deyə bilməzdi ki, bunu mən düzəltmişəm. Möcüzə odur ki, gitara görmədiyim halda onu təsadüfən elə düzəltmişdim ki, əsl gitarada olduğu kimi 6 sim, 21 pərdə vardı və pərdə düzümü tam köklərə uyğun idi". "Ədalət" qəzetinin qonağı gitara ifaçısı Teymur Şahmarovdur.

-Zəhmət olmasa özünüzü təqdim edin...

-1982-ci ildə Cəbrayıl rayonu Qərər kəndində doğulmuşam, orta məktəbə öz kəndimizdə getmişəm, sonra isə məlum Qarabağ hadisələrinə görə orta təhsilimi Bakı şəhərində davam etdirmişəm. Ali təhsilliyəm, ixtisasca hüquqşünasam. Ailəliyəm, üç övladım var.

-Niyə gitara?

-Gitara çalmağım Allahın bəxş etdiyi bir möcüzədir. 4-cü sinifdə oxuyurdum. Günlərin bir günü elə bil kimsə beynimə yerləşdirdi ki, dur ayağa bir gitara düzəlt. Evimizin təmiri üçün alınmış taxtalardan birini xəlvət götürüb 3-4 saat ərzində bir gitara düzəltdim, onu elə rənglədim, heç kim deyə bilməzdi ki, bunu mən düzəltmişəm. Möcüzə odur ki, gitara görmədiyim halda onu təsadüfən elə düzəltmişdim ki, əsl gitarada olduğu kimi 6 sim, 21 pərdə vardı və pərdə düzümü tam köklərə uyğun idi. Bəlkə də, inanmazlar bu dediklərimə, onu da deyim ki, aləti düzəldib qurtaran kimi mahnı ifa etmişəm.

-Gitarada ifa etməkdən başqa sevimli məşğuliyyətiniz belə anladım ki, nələrsə düzəltməkdir...

 

"İstərdim, hər zaman gözəl ifaçılar yetişsin"

 

-Uşaq vaxtı nələrsə düzəldərdim, hətta əl işlərim bu gün də məktəbin muzeyində saxlanılır, amma həyatın hər bir anından zövq alıram, eyni zamanda nə ilə məşğul olsam, onu sevərək edirəm.

-Bu gün gənclərin çoxu gitarada ifa edir...

-Gitarada ifa etmək çətin və məsuliyyətli bir işdir. Yaxşı olardı ki, insanlar bəzi məsələlərə diqqət edələr. İstərdim ki, hər zaman gözəl ifaçılar yetişsin, amma ifaçı xalqdan ilham almasa, onda ruh düşkünlüyü yaranar və inkişafı azalar. Yenə də bütün gənclərə yaşayıb yaratmağı arzu edirəm.

-Gitaranı əlinizə alanda ilk olaraq hansı musiqini ifa etmək istəyirsiniz?

-Gitaranı əlimə alanda musiqi ifa etmək hansı halda olmağımdan asılıdır. Bütün musiqilər gözəldir, sadəcə gözəl ifa ilə onları üzə çıxarmaq lazımdır.

-Bu alətdə yeniliklər etmək istəyirsiniz?

-İnanın, nə qədər yenilik etmək olar. Mən bir qədər yenilik etmişəm, amma yenə də deyirəm, diqqət olmadıqda insan həvəsdən düşür və gördüyü işin heç kimə lazım olmadığını düşünür.

 

"İnsanların diqqəti əyləncə xarakterli şeylərə yönəlib"

 

-Sosial şəbəkələrin imkanlarından nə dərəcədə razısınız?

-Sosial şəbəkələri də idarə və istifadə edən biz insanlarıq, burada da həmin diqqətsizlik var. Bütün hallarda insanların diqqəti əyləncə xarakterli şeylərə yönəlib, sənət qalıb arxa planda.

-İnsanlar niyə bayağı mahnıları dinləyir?

-Günah istedadı olmayan şəxsləri efirə buraxanlardadır. İnsanlar onları görür, onu eşidir və qulaq alışır belə ifalara. Bu zaman yaxşı da unudulur, əlbəttə yaxşı olardı ki istedadlı musiqiçilər öndə olsun, ən azından bilsinlər ki, onları başa düşən və dəstəkləyənlər var.

-Mütaliə edirsiniz?

-Əgər yaradıcılıq varsa, mütaliə hökmən olmalıdır. Müxtəlif musiqilər üzərində çalışıb həm yeniliklər etmək, həm də unudulan musiqiləri yada salmaq lazımdır.

-Müsahibəni siz alsaydınız nə sual verərdiniz mənə?

-Görəsən, nə zamansa efirlərimizdə musiqilər düzələcək?!

-Suala cavab verməyə çətinlik çəkirəm. Teymur bəy, yekunda bir şey mənə maraqlıdır, gələcək planlarınız nələrdir?

-Əslində çox suallar bir-birinə bağlı olduğu üçün cavablarım da oxşar olur. Planlar da yenə diqqət mərkəzində olanda çox olur, sənətkar unudulanda hansı plandan danışmaq olar? Biz sadəcə xəyallarda qururuq planları, "kaş" deyə-deyə ömrü yola veririk. Hələ də normal bir şərait yaranmayıb istedadlara, bəzi müsabiqələr oldu, onlar da smslə (yəni pulla). Kimin imkanı var, deməli, ən yaxşı ifaçı odur? Belə hallar olduqca Azərbaycan musiqisi heç vaxt inkişaf edə bilməz.

-Çox sağ olun ki, dəvətimi qəbul edib müsahibə verdiniz.

-Siz sağ olun.

Rövşən Tahir

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK