SON DƏQİQƏ:

AMEA-da çalışan 4000-dən çox elmi işçi barədə məlumatlar elektronlaşdırılıb

  10505   |  
Şriftin ölçüsü  

Azərbaycan Milli Elmlər Akademiyasının “Elmi Kadrlar” Milli İnformasiya Sistemi istismara təqdim edildikdən sonra ümumilikdə AMEA-nın müvafiq elmi müəssisələrində çalışan 4052 nəfər qeydiyyatdan keçib.

Akademiyadan Adalet.az-a verilən məlumata görə, bu sistem “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə yaradılıb.

Sistem elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında məlumat bazasının formalaşdırılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, eləcə də təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsinin aparılması sistemin əsas prioritet istiqamətlərindəndir. Sistem, həmçinin elmmetrik və analitik qiymətləndirmələrin aparılması, müxtəlif kombinasiyalı sorğular əsasında hesabatların əldə olunması və elektron hesabat formalarının hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir.

Sistemdə elmi kadrların müvafiq məlumatlarının mütəmadi olaraq yenilənməsi və məsul şəxslər tərəfindən diqqət mərkəzində saxlanılması vacibdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK