SON DƏQİQƏ:

Baş Prokurorluqla Dövlət İdarəçilik Akademiyası arasında memorandum imzalandı

  28006   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin prioritet istiqamətlərindən olan prokurorluq orqanlarında peşə hazırlığının və tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi, ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Adalet.az -a bildirilib ki, bu tədbirlərin davamı olaraq, martın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olub.

Tədbir çərçivəsində akademik Urxan Ələkbərov ilə Baş prokurorun müavini Elmar Camalov arasında görüş keçirilib.

Görüşdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə iştirak ediblər.

Daha sonra qonaqlar Baş Prokurorluğun yeni istifadəyə verilmiş inzibati binalar kompleksi, o cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.

Bundan əlavə, Elmar Camalov və akademik Urxan Ələkbərov Elm-Tədris Mərkəzinin kollektivi ilə görüşdə çıxış ediblər.

Elmar Camalov çıxışında Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, dahi Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə mübariz Xalqımızın Vətən müharibəsində qazandığı Zəfər, şəhid ailələri və qazilərimizə göstərilən dövlət qayğısı, işğaldan azad edilən ərazilərimizdə həyata keçiriləcək geniş quruculuq-bərpa işləri və layihələr, post-müharibə dövrünün regionumuz üçün açdığı yeni imkanlar, prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatlar, tədris və peşə hazırlığının təkmilləşdirilməsi sahəsində görülən işlər, həmçinin hər iki qurum arasında əməkdaşlıq əlaqələrinin verəcəyi töhfələr barədə məlumat verib.

Akademik Urxan Ələkbərov Elm-Tədris Mərkəzinin kollektivinə hazırkı dövrdə aktuallığı ilə seçilən “Qlobal çağırışların idarə edilməsində yeni texnologiyalar: Azərbaycan Respublikasının uğurlu təcrübəsi” mövzusunda təqdimat edib.

Görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandum birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK