SON DƏQİQƏ:

Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb

  9587   |  
Şriftin ölçüsü  

Azərbaycan Mətbuat Şurası İndenoziya Jurnalistlər Assosiasiyasına Xocalı soyqırımın 29-cu ildönümü ilə bağlı bəyanat yayması səbəbilə təşəkkür məktubu ünvanlayıb.

Şuradan Adalet.az-a bildirilib ki, məktubda deyilir:

“İndoneziya Jurnalistlər Assosiasiyası fevralın 26-da Xocalı soyqırımın 29-cu ildönümü ilə bağlı bəyanat yayıb. Jurnalistika və medianın bəşər sivilizasiyasının formalaşmasına öz töhfələrini verdiyinin açıqlandığı sənəddə Azərbaycan xalqına və Xocalı faciəsinin qurbanlarının ailələrinə başsağlığı diləkləri ifadə olunub. Bununla bağlı Azərbaycan Mətbuat Şurası ölkənin media ictimaiyyəti adından Assosiasiyaya, onun rəhbərliyinə, ümumilikdə İndoneziya jurnalistlərinə dərin təşəkkürünü bildirir.

Jurnalistika bəşəri cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl və prinsipial mövqe tutmalıdır. Onun bu dəst-xətti peşəkarlığa əsaslanmış bəşəri mahiyyət daşıyır. Təəssüf ki, biz bir çox hallarda tam əks məqamları, medianın hadisə və proseslərə reallıqları deyil, siyasi məsələləri əsas götürərək reaksiya verdiyini görürük. O da təəssüf doğurur ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması da zaman-zaman məhz bu yanaşmanın mənfi təsirinə məruz qalıb. Ancaq sevindirici haldır ki, faciəyə obyektiv qiymət verən kütləvi informasiya vasitələrini sayı artmaqdadır.

İndoneziya Jurnalistlər Assosiasiyasının bəyanatını Xocalı həqiqətlərinə, bütövlükdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalının gətirdiyi faciələrə obyektiv qiymətin verilməsi istiqamətində mühüm və əhəmiyyətli addım hesab edirik. Ümüdvarıq ki, bu bəyanat dünyanın digər dövlətlərindəki jurnalist birlikləri üçün də nümunəyə çevriləcəkdir.

Bir daha tarixi ənənələrə, zəngin təcrübəyə malik İndoneziya Jurnalistlər Assosiasiyasına və onun rəhbərliyinə Xocalı soyqırımına həssas yanaşdığına görə dərin təşəkkürümüzü bildiririk”

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-11
2021-04-10

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK