Hikmət Hacıyev Aİ-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) yüksəkvəzifəli rəsmiləri ilə görüşlər keçirib.
Adalet.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun (DG ENEST) baş direktoru Gert Yan Kopman, Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Anna-Mariya Bura və Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Simon Mordyu ilə konstruktiv müzakirələr aparılıb.
Görüşlərdə strateji prioritetlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının praktiki təşəbbüslər və konkret nəticələr əsasında daha da gücləndirilməsi yolları müzakirə edilib.
Danışıqlarda xüsusilə nəqliyyat və kommunikasiya bağlantıları, eləcə də enerji təhlükəsizliyi məsələlərinə diqqət yetirilib.
Digər Xəbərlər
17 Noyabr 2026 00:06
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı PAYLAŞIM
16 Noyabr 2026 19:40
Baş nazir və hökumət üzvləri Milli Məclisdə - Büdcə müzakirəsi başladı - YENİLƏNİB
16 Noyabr 2026 18:36
Ceyhun Bayramov britaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə etdi
16 Noyabr 2026 17:56
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi
16 Noyabr 2026 16:16
Dövlət sektorundan ayrılanları özəl sektor işlə təmin etməlidir - Zahid Oruc
16 Noyabr 2026 16:02
Hikmət Hacıyev NATO nümayəndələri ilə görüşdü
16 Noyabr 2026 15:56
Mediaya ayrılan vəsait artırılmalıdır - Deputat
16 Noyabr 2026 13:45


Bakı -°C

