Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur.
Adalet.az xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsal platformalar vasitəsilə təsdiqləməlidirlər.
"Milliön" terminallarında təsdiq prosesi Bir ID, SİMA və ya "MyGov" vasitəsilə həyata keçirilir. Bir ID ilə təsdiq prosesi "Birbank" tətbiqi üzərindən edilə bilər.
Təsdiq prosesi necə işləyir?
Terminalda istədiyiniz xidməti seçin və məbləği daxil edin.
Məbləğ 500 AZN-dən çox olduqda, terminalın ekranında Bir ID, SİMA və ya MyGov vasitəsilə təsdiq seçimləri göstəriləcək.
Seçiminizi etdikdən dərhal sonra terminalda QR-kod əks olunacaq.
Telefonunuzda müvafiq tətbiqi açın və QR-kodu skan edərək şəxsiyyətinizi təsdiqləyin.
Təsdiq uğurla tamamlandıqdan sonra ödənişinizi həyata keçirin.
Vacib qeyd: 500 AZN-dən yuxarı ödənişlərinizi rahat həyata keçirmək üçün müvafiq tətbiqlərdən ən azı birinin aktiv olduğundan əmin olun.
Digər Xəbərlər
16 Noyabr 2026 16:33
Dövlət xəstəxanalarında növbə, özəllərdə isə boşluq var – Fazil Mustafa
16 Noyabr 2026 15:15
Neçə Milli Qəhrəmanımız sağdır? – SİYAHI
16 Noyabr 2026 13:58
Nəsimi Musayevdən xəbər var
16 Noyabr 2026 13:46
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edildi
16 Noyabr 2026 13:19
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 ilə endirildi
16 Noyabr 2026 13:18
"Praktikada bu aktlar arasında bəzən ziddiyyətlər yaranır" - Palata sədri
16 Noyabr 2026 13:06
Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
16 Noyabr 2026 12:38


Bakı -°C

