SON DƏQİQƏ:

“Qarabağ Azərbaycan xalqının ibadət yeridir” - MÜSAHİBƏ

  18786   |  
Şriftin ölçüsü  

“Sənətin fəlsəfəsi insan fenomeninin araşdırılması olmalıdır. İnsanın qurduğu cəmiyyət və həmin cəmiyyətin sonradan insanın əleyhinə durması olmaldır. Teatr yarananda mənə elə gəlir ki, məhz bu prizmalardan yaranıb və biz də nə eksperiment etsək, hamısını insan müstəvisində etməliyik”. “Ədalət” qəzetinin qonağı Əməkdar incəsənət xadimi, teatr rejissoru Bəhram Osmanovdur.

-Bəhram müəllim, müsahibəmizə elə Qarabağ tamaşalarınızdan söhbətlə başlayaq...

-Azərbaycanın müstəqillik uğrunda gedən mübarizəsində Qarabağ Azərbaycan xalqı üçün nəinki bir ərazi, həm də bütövlükdə bir ibadət yeri olmuşdur. Təbii ki, indi də ibadət yeridir.

Qarabağla bağlı məlum hadisələr bütün sənət adamlarını bədii, rəsm, musiqi, teatr və kino işləri görməyə səfərbər etmişdir. Və bu səfərbərlik ancaq vətənpərvərlikdən ibarət deyildi, bu həm də bir araşdırma idi. Tarixin ağ ləkələrini təmizləmək istəyi idi. Kimlərsə bu istəyə oğrun-oğrun yaxınlaşırdılar, kimlərsə bu hadisələri anlamaq üçün zaman tələb edirdi, kimlərsə qorxurdu, kimlərsə emosiyaya qapılaraq öz bədii əsərlərinin yaranmasına rəvac verirdilər. Akademik Milli Dram Teatrında işləyərkən mən xalq artisti Ramiz Novruzun böyuk bir sevgi ilə, emosionallıqla vətənpərvər ruhda hazırlanan “Hələ sevirəm deməmişdilər” əsərini tamaşaya qoydum. Bu pyes istər Azərbaycan dramaturgiyasında, istərsə də teatr sənətində ilk qaranquş idi. Və sizə deyim ki, heç bir teatr bu tamaşadan sonra həmin pyesi hazırlamaq qərarına gəlmədi, çünki biz obrazlar üzərində o qədər dəqiq işləmişdik ki, əsərdə yazılan personajları bizim teatrın aktyorlarından başqa heç bir teatrda oynamaq mümkün deyildi. Ələxüsus Nurəddin Mehdixanlı və Münəvvər Əliyeva seçilirdi bu tamaşada.

-“Ana intiqamı”, “Xəcalət” tamaşasından söhbət açaq...

-Vidadi Babanlının “Ana intiqamı” pyesi bütovlükdə xalq artisti Leyla Bədirbəylinin adı ilə bağlıdır. Həmişə lirik qəhrəmanlar ustası olan Leyla xanım hər an oğlunun intiqamını ala biləcək bir ana obrazı yaratdı və sübut etdi ki, Azərbaycan anası nə qədər intiqam haqqında düşünsə də heç vaxt qəddar ola bilmir.

Hüseynbala Mirələmovun yazdığı “Xəcalət” pyesi isə Qarabağ mövzusunda olan əsərlər içərisində yeni bir məzmunu əks etdirirdi. Bu baş verən hadisələr zəminində həqiqətin bir üzlü yox, iki üzlü olmasını göstərirdi. Lakin buna baxmayaraq Vətəni həqiqi mənada sevən onun vətəndaşları nə olursa, olsun, həqiqətin bir üzlü olduğunu sübut etməyə çalışırdılar. Və bu sübut Ölkə Rəhbəri Cənab İlham Əliyevin dediyi kimi, Qarabağın sübutudur, “Qarabağ Azərbaycandır”. Bədii əsərin, teatrın əsas işi birdə ondan ibarətdir ki, yaşadığı dövrü qabağlaya bilsin. Görünür, yaradıcı kollektiv bu tamaşa ilə dövrü qabaqlaya bilmişdi.

“Hər kəsin bir baxış bucağı var”

-Bu gün teatrlarımızda hərbi-Vətənpərvərlik mövzusunda olan tamaşalar azlıq təşkil edir. Səbəb nədir?

-Hərbi-Vətənpərvərlik mövzusu həmişə çətin olub, bu gün də çətindir, sabah da çətin olacaq. Çünki yuxarıda sadaladığım pyeslərin tamaşa halına çevrilməsi üçün bəzən 5 il, 10 il vaxt lazım olur. Vətənpərvərlik anlayışını hərə bir cür başa düşür. Hər kəsin bir baxış bucağı var, ona görə də gərək tələsmədən ümumiləşdirmiş elə bir obraz tapasan ki, hamı onu qəbul eləsin. Bu mövzuda əsərin yazılması üçün vaxt lazımdır.

-Bir rejissor kimi sizə bir sual ünvanlamaq istəyirəm. Son dövrlər hərbi mövzuda çəkilmiş hansı filmləri bəyənirsiniz?

-Aqil Abbasın əsərinin ssenarisi əsasında çəkilən "Dolu" filmini qeyd edərdim.

-Azərbaycan tamaçaçısı bir o qədər də teatral deyil. Davam edən vəziyyətin, karantinin buna təsiri olacaqmı?

-Sizinlə mübahisə eləmək istəmirəm. Azərbaycan tamaşaçısı üçün bu sözü demək nahaqdır, çünki dünya sosioloqları sübut edir ki, teatrı olan şəhər əhalisinin 3-5% əgər teatrla maraqlanırsa, bu həmin sənətin inkişafı və lazımlı olması deməkdir. Mənim nəzərimdə bu 3-5% Azərbaycanda mövcuddur. Əgər bu belə olmasaydı, bir az öncə sadaladığım səhnə əsərləri də yaranmazdı.

“Tamaşaçısız teatr teatr deyil”

-Repertuar seçimində hansı meyarlara diqqət yetirirsiniz?

-Repertuar seçimində hər bir teatr rəhbərinin zövqü müxtəlifdir. İşlədiyin teatrın janrını mütləq nəzərə alıb repertuar siyasətini təşkil etməlisən. Düzgün repertuar təkcə aktyorların inkişafına yox, eyni zamanda teatra tamaşaçının gəlməsinə yönəlir. Bunu mütləq nəzərə almaq lazımdır. Tamaşaçısız teatr teatr deyil.

-Sənətin fəlsəfəsi nədən ibarət olmalıdır?

-Sənətin fəlsəfəsi insan fenomeninin araşdırılması olmalıdır. İnsanın qurduğu cəmiyyət və həmin cəmiyyətin sonradan insanın əleyhinə durması olmaldır. Teatr yarananda mənə elə gəlir ki, məhz bu prizmalardan yaranıb və biz də nə eksperiment etsək, hamısını insan müstəvisində etməliyik. Belə daha yaxşı olar.

-Müasir dramaturgiyanın vəziyyətini necə qiymətləndirirsiniz?

-Dramaturgiya ədəbiyyatın çox çətin növüdür. Ölkəmiz üçün deyə bilərəm ki, müxtəlif yaş həddinə malik dramaturqlarımız var. Gənc Tamaşaçılar Teatrının afişalarına nəzər yetirməklə onları tanımaq olar. Mən həmin dramturqlara təşəkkür edirəm ki, teatrı sevirlər və teatr üçün çalışırlar.

-Mən də sizə təşəkkür edirəm ki, dəvətimi qəbul edib müsahibə verdiniz...

-Mən sizə “çox sağ olun” deyirəm.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-17
2021-04-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK