SON DƏQİQƏ:

“L’Humanite” dən başlayan planlı Qarabağ münaqişəsi: ilk addım, ilk şəhidlər, son deportasiya - 33 il

  49636   |  
Şriftin ölçüsü  

Bəlkə də tək mən belə düşünürəm, bilmirəm. 100 il idi ki, münaqişə korun-korun yanırdı. Həmişə ermənilərin başını bəlaya salan onların ədavətçi, millətçi, burnundan uzağı görməyi bacarmayan ziyalıları olub. Məsələn, 1987-ci ilin oktyabr ayında Yerevanda Puşkin adına parkda “Qarabağ” komitəsinin ilk mitinqi keçirildi. Bu ermənilərin ərazi iddialarının həyata keçirilməsi yolunda atılan ilk addım olsa da, amma o addımı daha da körükləyən , qızışdıran həmin ilin noyabrın 18-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri AbelAqambekyan oldu. Onun Parisdə verdiyi müsahibə “L’Humanite” qəzetində dərc olunduqdan sonra ermənilərin Qarabağ uğrunda gizlin-gizlin apardığı təbliğat daha geniş vüsət aldı, qarşısıalınmaz bir alova dönüşdü. O, müsahibədə DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal idi.

 

Ermənilərin həyasızlığını isbatlayan mitinqlər

 

 

Artıq dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin nümayəndələri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında Ermənistandan gələn millətçilər tərəfindən hazırlanmış müraciəti Sov.İKP MK-ya təqdim etdilər. Bu müraciətdən sonra Yerevan, Qafan və Mehri rayonlarında azərbaycanlılara qarşı ədavət hissi baş qaldırdı.

Gün keçdikcə həyasızlaşan erməni elektoratı daha təhlükəli cəhdlərə başladılar. 1988-ci il əvvəllərində ilk vaxtlar ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda davamlı tətillər keçirilir, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi. Fevralın 8-də erməni millətçiləri Xankəndidə DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başladılar. Ayın 12-də ermənilər DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunk”un təşkilatçılığı ilə muxtar vilayətin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirdilər. Guya “xalqın” haqq səsi eşidildi və bu dəfə daha təhlükəli addımlar atıldı. 1988-ci il fevralın 20-də DQMV xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi.

 

Etnik təmizləmə, deportasiya, kütləvi basqınlar

 

 

DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR tərkibindən çıxması və Ermənistan SSR tərkibinə daxil edilməsi haqqındakı qərarı hüquqa zidd və Konstitusiya əleyhinə bir qərar idi. Respublikaların sərhədlərinin dəyişdirilməsi cəhdləri həm SSRİ, həm də Azərbaycan SSR konstitusiyalarına zidd olduğundan buna heç cür haqq qazandırıla bilməzdi və bu, Azərbaycan SSR-in dövlət suverenliyinin pozulması demək idi. Bununla yanaşı, fevral ayında Ermənistandan azərbaycanlıların zorakılıqla qovulması da artıq kütləvi hala çevrilmişdi. Ayın 21-də ermənilər tərəfindən Yerevanda qalmış son məscid də dağıdıldı. Fevralın 23-də etnik təmizləmə siyasəti həyata keçirən ermənilər Ermənistan SSR-in Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərinə kütləvi basqınlar təşkil etdilər.

 

Hüquqları pozulan Azərbaycan tərəfi

 

 

Haqqı tapdanan ,əli konstitusiyadan və ədalət prinsiplərindən çıxmış Azərbaycan xalqı anlayırdı ki, Qorbacova ümid edib problemin həllinə nail olmaq artıq gecdir. Odur ki, fevralın 19-da Bakıda nümayiş keçirilir. Amma bu mitinq azərbaycanlıları sakitləşdirmir. Eyni zamanda fevralın 19-da Ağdamda da mitinqlər başlayır. Mitinq 3 gün davam edir. Fevralın 21-də Sov.İKP MK Siyasi Bürosunda Qarabağ məsələsinə baxılacağı barədə məlumat gəldi. 22 fevral, saat 8-dək Moskvadan heç bir xəbər gəlmədiyini görən azərbaycanlılar birbaşa Xankəndinə doğru yürüşə çıxdılar. Əsgəran yaxınlığında ermənilərin açdığı atəş nəticəsində Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc həlak oldu. 1985-1991-ci illərdə SSRİ DTK sədrinin birinci müavini işləmiş Filip Bobkov özünün “DTK və hakimiyyət” adlı əsərində bu barədə yazır: "Fakt faktlığında qalır. İlk qurbanlar azərbaycanlılar oldu. Münaqişənin başlanmasında ilk qanı məhz ermənilər tökdülər". Qeyd etmək lazımdır ki, ermənilərin iddia etdiyi kimi yox məhz azərbaycanlılar münaqişənin ilk qurbanları idi.. Həmin gün 2 şəhidlə bərabər 17Ağdamlı gənc də yaralandı.

O vaxt hadisə şahidlərindən biri Təhmasib Novruzov xatirələrini ”Vətən səsi” qəzetində bölüşərək yazır:” 1988-ci il 16 fevral. “Hayastan” deyə bağıran ermənilərə ilk dəfə Ağdamda bildirildi ki, bu xalq yaşayır və öz Vətənini qorumağa qadirdir. Fevralın 19-da Ağdamda başlanan mitinq 3 gün davam etdi. Fevralın 21-də Sov.İKP MK Siyasi Bürosunda Qarabağ məsələsinə baxılacağı barədə məlumat gəldi. 22 fevral, saat 8-dək Moskvadan heç bir xəbər gəlmədiyini görən ağdamlılar birbaşa Xankəndinə doğru yürüşə çıxdılar... Həmin gün 2 şəhid, 17 yaralı verən Ağdam gənclərinə bundan sonrakı münasibət barədə 2 epizodu yada salmaq kifayətdir:

 

 

Fevralın 24-də “Bakıdan gələn şura hökuməti”nin nümayəndəsi (Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini –red Əntiqə Rəşid) Telman Orucov yığıncaq keçirirdi. İki gün əvvəlki hadisədə yaralanmış bir neçə gənci xəstəxanadan iclas zalına gətirdilər. Telman Orucov üzünü yaralılara tutaraq dedi ki, “gərək o güllə sizin alnınıza dəyəydi...” Torpaq uğrunda canından keçməyə hazır olan gənclərin “mükafat”ı belə oldu! Daha sonra rayon milisi “fəaliyyətə” başladı. Yürüş iştirakçıları şöbəyə çağırılıb qorxudulur, pul müqabilində “məsuliyyət”dən azad edilirdilər. Və beləcə, adamların mübarizə ruhu “söndürülürdü. 21 sentyabr 1988-ci il. Moskva bacarıqsız respublika rəhbərlərindən istifadə edərək güclü bir gedişə əl atdı. Kemiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) və Ağdamda xüsusi vəziyyət elan edildi. Ermənilərin ən çox ehtiyat etdikləri Ağdamı Moskva nəzarətə aldı.”...

 

Faciənin içindən “Qarabağ” sayıqlaması

 

Münaqişə günü –gündən daha dəhşətli həddə düşür, azərbaycanlıları yaxıb-yıxıb keçirdi. Bu yerdə oxucularımıza bir nüansı da xatırlatmaq yerinə düşərdi: 1988-ci ilin noyabrın 1-də erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqın edərək 40-dan çox azərbaycanlını vəhşicəsinə qətlə yetirdi, yüzlərlə ailə ev-eşiyindən çölə atılaraq evlərini tərk etməyə məcbur edildi. 1988-ci il dekabrın 7-də yerli vaxtla səhər saat 11:41-də Ermənistanda 7,2 bal gücündə zəlzələ baş verdi. Zəlzələ baş verən gün Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov Amerika Birləşmiş Ştatlarında səfərdə olub. Bu səfərdən sonra onun Kubaya da səfəri planlaşdırılıb. Qorbaçov rəsmi səfərini yarımçıq qoyaraq Moskvaya, oradan isə Ermənistana səfər edib. Zəlzələdən zərərçəkənlərlə görüş zamanı Qorbaçov dünya dövlətlərinə yardım üçün müraciət edib. Baş katibin imzaladığı sərəncamla 10 dekabr 1988-ci ildə SSRİ-də matəm günü elan olunub.Baş katiblə zərəçəkmiş ermənilərin görüşü zamanı ən maraqlı məqamlardan biri o olub ki, bu görüşdə Qorbaçova daha çox Qarabağ məsələsi ilə bağlı sual ünvanlayıblar. Sözsüz ki, bu suallar Qorbaçovu təəccübləndirib.Yeri gəlmişkən, 1988-ci il dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etdilər. Borunu hündür uçurumdan tullayaraq fidanları qətlə yetirdilər.Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyata keçirilmişdi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər.

Ermənistan belə vəhşilikləri şkala üzrə yüksəldə-yüksəldə münaqişəni artıq 1990-cı ildə böyük bir müharibəyə dönüşdürə bildilər.

 

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK