Türkiyə İran raketlərinin buraxıldığı yerləri müəyyən etdi
Türkiyə ayın əvvəlindən bəri hava məkanında ələ keçirilən üç İran ballistik raketinin buraxılması yerlərini müəyyən edib.
Adalet.az xəbər verir ki, bu barədə "Star" qəzeti məlumat yayıb.
Məlumata görə, Tehranın raket hücumlarında iştirak etmədiyi ilə bağlı açıqlamalarına baxmayaraq, Ankara ilk raketin martın 4-də Tehranın şimal-şərqindən atıldığına dair açıq məlumatlar əldə edib. İkinci ballistik raket martın 9-da İran paytaxtının qərbindən, üçüncüsü isə martın 13-də Tehranın şimal-qərbindən atılıb.
“Raketlərin buraxılması əsasən İİKK qüvvələrinin yerləşdiyi ərazilərdən həyata keçirilib. Məqsəd, ehtimal ki, “İncirlik” aviabazası, həmçinin Tehranın fikrincə, İran ordusunun hərəkətlərini izləyən NATO-nun “Kürəcik” radarı olub”, - deyə qəzet yazıb.
Nəşr Ankaradakı təhlükəsizlik mənbələrinə istinadən qeyd edir ki, İran tərəfinə Türkiyənin ballistik raketlərin ələ keçirilməsinə “təmkinli yanaşmasının” hadisəyə “məhdudiyyətsiz tolerantlıq nümayişi” kimi qəbul edilməməli olduğu barədə açıq bir siqnal verilib. “Türkiyə milli təhlükəsizliyi təmin etmək üçün kifayət qədər gücə malikdir və şübhə etmədən bütün zəruri tədbirləri görəcək”, - deyə nəşr Ankaradakı mənbələrin mövqeyinə istinadən bildirib./Axar.az


Bakı -°C

