Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
"Hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən təqribən 14.1 milyard dollar və ya 20% artaraq 85 milyard dolları keçib. Hazırda 91 milyard dollardır"
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
"Bu, ÜDM-dən 12% çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir. Bu göstərici xarici dövlət borcunu (4,8 mlrd. dollar) 18 dəfəyədək üstələyir. 2025-ci ildə inflyasiya hədəf diapazonunda olub. Belə ki, illik inflyasiya 5.2%, orta illik inflyasiya isə 5.6% təşkil edib. Makroiqtisadi idarəetmənin keyfiyyəti maliyyə intizamı və fiskal dayanıqlılıq göstəricilərində də aydın görünür. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təqribən 39.2 mlrd. manat (5.4% çox), xərcləri isə 38,6 mlrd. manat (2.4% çox) icra olunub".
Digər Xəbərlər
01 May 2026 13:32
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
01 May 2026 13:26
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq
01 May 2026 13:25
Bu malların buraxılışı müvəqqəti dayandırıla bilər
01 May 2026 13:24
Malların gömrük proseduru altında qalma müddəti müəyyənləşir
01 May 2026 13:23
Gömrük ödənişlərinin qaytarılması yeni qayda ilə həyata keçiriləcək
01 May 2026 12:23
Əli Əsədov bu müəssisəyə sahibkarlıqla məşğul olmaq icazəsi verdi
01 May 2026 11:17
“ABŞ-nin iqtisadiyyatı təxminən 32 trilyon dollardır”
01 May 2026 10:55


Bakı -°C

