Bakıda genişmiqyaslı təmizlik işləri aparılıb, küçələr yuyulub - FOTOLAR
Bu gün Bakıda genişmiqyaslı təmizlik işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulub.
Bildirilib ki, prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.
Eyni zamanda, ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.
“Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağaclar yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Yaz mövsümü ilə əlaqədar paytaxtda həyata keçirilən yaşıllaşdırma və təmizlik işləri davam etdiriləcək”, - məlumatda deyilir.
Digər Xəbərlər
17 Aprel 2026 14:45
“Qoç Ət” restoranı müştəriləri belə aldadır
17 Aprel 2026 13:11
At xəstəlikləri ilə bağlı epizootoloji monitorinqlər keçiriləcək
17 Aprel 2026 12:18
23 dərəcə isti olacaq - SABAHIN HAVASI
17 Aprel 2026 10:17


Bakı -°C

