"İndi şou-biznesdə at oynadırlar" - Elnarə Xəlilova - VİDE
“Mən özümü şou-biznes müğənnisi hesab etmirəm”.
Adalet.az xəbər verir ki, bunu Baku TV-nin “Qapqara” verilişinin yeni buraxılışında qonaq olan müğənni Elnarə Xəlilova deyib.
O özünü mədəniyyət işçisi kimi gördüyünü söyləyib:
“Bu sahədə olmağı özüm istəmişəm. İndi şou-biznesdə at oynadanlar var ki, orada olmaq da onların seçimidir. Mən həmin insanlara hörmətlə yanaşdığım kimi, onlar da mənə belə davranmalıdırlar”.
Müğənninin sözlərinə görə, sənətdə keyfiyyəti birmənalı olaraq xalq müəyyən edir:
“Reytinq cihazların ölçdüyü baxış sayıdır. Bu, bir növ “YouTube”da qoyulan reklamın hesabına gələn baxış saylarına bənzəyir. Hamımız bilirik ki, belə baxışlar saxtadır. Sinələrinə döyüb “milyonlar izlədi” deyirlər. Biz bilirik ki, sən həmin baxışları pulla almısan. Buna görə də sənətdə keyfiyyəti heç vaxt reytinq müəyyən etmir”.
Digər Xəbərlər
25 Mart 2026 19:44
"Qızım mənim verilişimə baxmır"
25 Mart 2026 18:43
Şakiranın Doha konserti təxirə düşdü
25 Mart 2026 11:19
Türkiyədə bu məşhurlar da saxlanıldı - Siyahıda Hande Erçel də var
24 Mart 2026 17:53


Bakı -°C

